Waqadayna ilayhi thalika al-amra anna dabira haola-i maqtooAAun
Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.
Yunis surəsinin 93-cü ayəsində isə “qəza” kəlməsi “ vaxtı gələndə, məsələn, qiyamət günü hadisələr, məsələlər, şeylər barədə hökm vermək” anlamı daşımaqdadır:
وَلَقَدْ بَوَّأْنَا بَنِي إِسْرَائِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ
فَمَا اخْتَلَفُوا حَتَّىٰ جَاءَهُمُ الْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ
الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ
Walaqad bawwa'na banee isra-eela mubawwaa sidqin warazaqnahum mina attayyibati fama ikhtalafoo hatta jaahumu alAAilmu inna rabbaka yaqdee baynahum yawma alqiyamati feema kanoo feehi yakhtalifoon
Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.
Bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərik ki, qədər Allahın öncədən ölçüb-biçdiyi və qoyduğu ölçü və qanunlar, qəza isə həmin ölçü və qanunlar çərçivəsində ortaya çıxan və bilavasitə Allahın əmrinə, buyuruğuna tabe olan hal və hadisələrdir.
“Qədər” və “qəza” anlayışlarının kimyəvi elementlər və kimyəvi reaksiyalar əsasında izahı
Bilindiyi kimi, D. Mendeleyevin kimyəvi elementlərin dövrü sistemində Bor ilə Polonium arasında yerləşən kimyəvi elementləri əhatə edən, elementlərin 80 %-ini təşkil edən metallara təbiətdə filiz və birləşmələr şəklində rast gəlinir. Onlar oksid, sulfid, karbonat və başqa kimyəvi birləşmələri əmələ gətirirlər.Təmiz metal əldə etmək üçün onları filizin tərkibindən çıxartmaq lazımdr. Lazım gəldikdə metalların xassələri legirləyici elementlərin köməyi ilə yaxşılaşdırılır. Bununla metallurgiya elmi məşğul olur. Metallurgiyada qara (dəmir əsasında) və əlvan (buraya dəmirdən başqa aid olanlar daxildirlər) metallar fərqləndirilirlər. Qızıl, gümüş və platin bahalı metallara aid edilirlər.
Civədən başqa, bütün metallar normal halda bərk şəkildə olurlar. Ərimə temperaturu −39 °C-dən (civə) 3410 °C ( volfram ) arasında yerləşir. Sıxlığına görə metallar yüngül ( sıxlığı 0,53 ÷ 5 q/sm³ ) və ağır ( sıxlığı 5 ÷ 22,5 q/sm³ ) olurlar.
Bunlar Allahın əzəldən metallar üçün qoyduğu ölçülər, başqa sözlə, qədərlərdir. Ərimə, əzilmə, formasını dəyişmə kimi hal və hadisələr qəzadır və o da Allahın hökmü ilə baş verir.
Bəzən nadir və inert qazlar və ya da təsirsiz qazlar da adlandırılan nəcib qazlar – helium, neon, arqon, kripton, ksenon və radon (radiumun qaz emanasiyası) elementlərin dövrü sisteminin 8-ci qrupuna daxildirlər və xarici elektron təbəqəsinin (8 elektrondan ibarət), quruluşunun qapalı olması, ionizasiyanın yüksək potensialı və elektrona hərislik kəmiyyətinin mənfiliyinə görə adi şəraitdə başqa elementlərlə kimyəvi əlaqəyə girmirlər. Bu, onlar üçün Allahın əzəldən təyin və təqdir etdiyi qədərdir. Onların müəyyən şəraitlərdə reaksiyaya girməsi, başqa sözlə reaksiya hal və hadisəsi Allahın hökmü ilə baş verən qəzadır.
Kimyəvi reaksiyalar həmişə fiziki hadisələrlə müşayət olunur. Fiziki hadisə zamanı maddənin tərkibi dəyişmir, yalnız forması, həcmi və aqreqat halı dəyişir. Kimyəvi reaksiyaları aşağıdakı xarici əlamətlərə görə müəyyən etmək olur:
-İstiliyin ayrılması və ya udulması;
-İşığın ayrılması;
-Rəngin dəyişməsi;
-Çöküntünün əmələ gəlməsi və ya itməsi;
-Qaz halında maddənin ayrılması;
-İyin çıxması.
Bütün bunlar qəza kateqoriyasına daxildir.
Kimyəvi reaksiyanın sürəti hər şeydən əvvəl reaksiyaya daxil olan maddələrin təbiətindən və həmçinin onların qatılığından, temperaturdan katalizator iştirakından və s.-dən asılıdır.
Reaksiyanın sürəti reaksiyaya daxil olan və reaksiya nəticəsində əmələ gələn maddələrin qatılığının zaman vahidi ərzində dəyişməsi ilə xarakterizə olunur. Məsələn reaksiyanın sürətininin dəqiqədə 0,5 mol/l olması həmin zaman vahidində reaksiyaya daxil olan maddələrin qatılığının 1 litrdə 0,5 mol azalması deməkdir.
Homogen sistemdə reaksiya bütün həcmdə gedir. Heterogen sistemdə isə hissəciklər yalnız fazaların səthində qarşılıqlı təsirdə olur. Bununla əlaqədar olaraq homogen və heterogen reaksiyaları sürətləri müxtəlif cür təyin edilir.
Homogen reaksiyanın sürəti vahid zamanda və vahid həcmdə reaksiyaya daxil olan və ya reaksiyadan alınan maddələrdən birinin maddə miqdarının dəyişməsi ilə ifadə olunur: vhomogen=Δv/VΔτ. Heterogen reaksiyanın sürəti isə vahid zamanda fazalararası vahid səthdə reaksiyay daxil olan və ya alınan maddələrdən birinin maddə miqdarının dəyişməsi ilə ifadə olunur: vheterogen=Δv/SΔτ.
Reaksiyanın sürəti həmçinin sistemin müəyyən bir göstəricisinin (rəngin, elektrik keçiriciliyinin, təzyiqin və s.) dəyişmə sürətinə görə də müəyyən edilə bilər.
Kimyəvi reaksiyanın sürəti vaxt keçdikcə zəifləyir. Bu onunla əlaqədardır ki, vaxt keçdikcə, məhlulda reaksiyaya daxil olan molekulların sayı bir qayda olaraq azalır.
Kütlələrin təsiri qanununa əsasən reaksiyaya daxil olan maddələrin qatılığının artırılması reaksiya sürətini artırır. Qaz fazada gedə reaksiyaların sürətinə təzyiqin artması müsbət təsir göstərir. Kimyəvi reaksiyanı sürətinə katalizatorlar güclü təsir göstərir. Temperaturun artmasıyla kimyəvi reaksiyanın sürəti adətən sıçrayışla artır. Reaksiya sürəti ilə temperatur arasındakı asılılığı ifadə etmək üçün Arrenius (1899) aşağıdakı tənliyi müəyyən etmişdir: d ln k / d T = A / RT2
Bütün bunlar, yəni sürət, təzyiq, temperatur və s. ölçülər qədərdir. Qəzadan sonrakı qədərdir. Yəni bu halda qəza və qədərin bir-birini növbə ilə dəyişməsi və əvəzləməsinin şahidiyik. Bu o deməkdir ki, həq qədərin doğurduğu bir qəza olduğu kimi, həq qəzanın doğurduğu başqa bir qədər bə ya qədərlər də vardır. Başqa sözlə, qədər və qəza iç-içədir. Hər anın fəqli bir qədəri və əvvəlkindən fərqli bir qəzası var.
Rəngsiz və çox zaman da qoxusuz olan təbii qazın texniki-iqtisadi parametrləri müqayisəli təhlil obyektinə çevrildikdə ekolojı və energetik keyfiyyətlərilə bərabər, bu, üstünlüyü işıqlandıran fiziki xüsusiyyətləri də önə çəkilir. Karbohidrogenli yanacaq növləri arasında ən yüksək istiliktörətmə qabilliyyətliliyilə fərqlənən təbii qaz müvafiq gücü torf və yanar şistlərdən 3-4, oduncaq və daş kömürdən 1,5 dəfə, neftdən isə orta hesabla 1000 kkal artıq miqdarlıdır. Konkret olaraq təbii qazın istiliktörətmə gücü orta göstəricidə 12000 kkal/kq hesablanır. Qazın 2000 dərəcə selsili yüksək istilikvermə qabilliyyəti onun keyfiyyətli energetik və texnoloji səmərəli yanacaq növü kimi geniş tətbiqini təmin etmişdir. Təbii qaz fiziki-kimyəvi spektrdə yanar qazlar silsiləsinə daxil olduğundan anoloqları kimi də paralel adekvat funksional cəhətlərə malikdir.
Qazların həcmi metrik sistemdə m³ ilə ölçülür. Tempratur, sıxılma xüsusiyyəti qazların həcminin dəyişkənliyində ifadə olunur. Bunun üçün onu normal və standartlı vəziyyətə gətirirlər. Burada normal tempratur 0 dərəcə (273,2 k.) və təzyiq 101,325 k/Pa götürülür. Praktiki müstəvidə standart şərt kimi qazın kəmiyyət ölçüsü 101,325 k/Pa təzyiqə, 20S tempratur və 0 hədli rütubətə ekvivalent olan 1 m³ qaz qəbul olunur. Yataqda əsasən metan, müəyyən nisbətdə etan qarışığı, butan, karbon qazı və azotdan ibarət təbii qazın havaya olan təqribi sıxlığı 0,60-0,65-dir. Neftlə birlikdə çıxan səmt qazı və ya neftli qazda isə digər qatışıqların bolluğu onun sıxlığını təbii qaza nisbətə 10-20% artıq edir. Sınanmış təcrübəyə görə qaz ehtiyatları hesablanarkən onun miqdarını neftə olan nisbətlə müəyyən edirlər.
Bunlar qədərdir. Təbii qazın yanması hal və hadisəsi isə qəzadır.
Eyni cins atomlardan ibarət olan, fiziki və ya kimyəvi yollarla özündən daha sadə və fərqli maddələrə’ ayrıla bilməyən saf maddələr, yəni kimyəvi elementlərin hər birini meydana gətirən bütün atomların böyüklükləri və atomların arasındakı uzaqlıq eynidir. Lakin bir elementin atomları ilə başqa bir elementin atomlarının böyüklükləri və atomları arasındakı məsafə fərqlidir. Eyni elementdən düzəldilən fərqli maddələr də eyni cins atomlardan meydana gəlirlər. Elementi meydana gətirən atomların bir-birinə olan uzaqlığı elementin qatı, maye və qaz halına görə dəyişə bilər. Canlı və cansız varlıqların hamısı elementlərdən meydana gəlirlər. Kimyəvi element nüvəsinin yükü eyni olan atom növüdür. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirirlər. Hər bir kimyəvi element nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan ibarətdir.
Məlum olduğu kimi, atom kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəcikdir və bütün maddələrin ilkin materialıdır. Atom müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir. Atomların nüvəsi isə proton və neytronlardan təşkil olunmuşdur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Dövri sistemdə elementin sıra nömrəsi protonların sayını, kütlə ədədi isə nuklonların sayını göstərir.
Bu saylar Allahın elementlər üçün əzəldən müəyyən etdiyi qədərdir.
Dostları ilə paylaş: |