Bəxtiyar Tuncay


Element Canlı orqanizmlərdə, %



Yüklə 1,11 Mb.
səhifə29/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   25   26   27   28   29   30   31   32   ...   96
Element

Canlı orqanizmlərdə, %

Yer qabığında, %

Dəniz suyunda, %

Oksigen

65-75

49,2

85,8

Karbon

15-18

0,4

0,0035

Azot

1,5-3,0

0,04

0,37

Fosfor

0,2-1,0

0,1

0,003

Dəmir

0,01-0,015

4,2

0,00015

Xlor

0,05-0,10

0,2

0,06


Hüceyrənin qeyri-üzvi birləşmələrinə su və mineral duzlar aiddir. Su — hüceyrənin tərkibində ən çox olan maddədir. Onun hüceyrədə miqdarı orqanizmin növündən, yaşayış şəraitindən, hüceyrənin tipindən və funksional fəaliyyətindən asılı olaraq müxtəlifdir. Məsələn, su insanın sümük toxumasının 20%-ni, baş beyinin hüceyrələrinin 85%-ni təşkil edir.

Canlı orqanizmlərin üzvi birləşmələrinə zülallar, yağlar, karbohidratlar, nuklein turşuları, ATF və vitaminlər aiddir. Orqanizmdə üzvi birləşmələr bəzən kiçik, bəzən isə iri molekul, polimer şəklində olur. Biopolimerlər. Polimerlər kiçikmolekullu birləşmələrdən – monomerlərdən əmələ gəlir. Əgər polimeri uzun bir zəncir kimi təsəvvür etsək, onun çoxlu sayda təkrar olunan hər bir halqası monomerlərə uyğun gələcək. Bəzi polimerlər eyni növ, digərləri isə müxtəlif növ monomer halqalarından təşkil olunur. Canlı orqanizmin tərkibinə daxil olan polimerlər biopolimerlər adlanır. Onlar bütün canlıların hüceyrələrinin əsas hissəsini təşkil edir. Hüceyrənin əsas üzvi birləşmələrindən biri-karbohidratlardır. Bu birləşmələrin tərkibinə karbon, hidrogen və oksigen daxildir. Karbohidratlar sadə (monosaxaridlər və disaxaridlər) və mürəkkəb (polisaxaridlər) quruluşda olur. Zülallah mürəkkəb üzvi birləşmələr, biopolimerlərdir. Onların monomerləri aminturşulardır.

Təbiətdə 150-dən çox aminturşu növü olsa da, onlardan yalnız 20 növü zülalların tərkibinə daxildir. Aminturşular karboksil (- COOH) və amin qruplarının olmasına görə (- NH2) bir-birinə oxşasalar da, onlarda həm də oxşar olmayan radikallar vardır. Aminturşuların ümumi formulu belədir:

Yuxarıda söylənilənlər canlı orqanizmlər üçün Allahın əzəldən təyin və təqdir etdiyi ölçülər, başqa sözlə, qədərdir.

Polipeptid, protein (sadə zülal) və ya  proteid - (protos: birinci, vacib) aminturşulardan ibarət bir və ya birdən çox sayıda uzun zəncirdən ibarət bioloji əhəmiyyətli makromolekullardan ibarət olan zülallar canlı hüceyrəsində metabolik reaksiyaları katalizləmək, DNT-ni çoxaltmaq, xarici stimulların qarşısında hərəkətə keçmək, maddələri hüceyrə içərisində bir nöqtədən digərinə daşımaq, hüceyrənin bir çox strukturunu əmələ gətirmək və sairə kimi bioloji fəaliyyətin çox önəmli bir qismini yerinə yetirirlər. Canlı hüceyrədəki zülalların əksəriyyəti fermentdir. Proteinlər əsas bir-birindən aminturşu ardıcıllıqları baxımından fərqlənirlər. Təxminən 20 növ aminturşu proteinlərdə özünəməxsus spesifik sıra yəni ardıcıllıqla düzülərək əmələ gələn zülalın funksiyasının təyin edir. Bu spesifik ardıcıllıq informasiyası DNT-nin “gen” adı verilən bölgələrindən gəlməkdədir.  

Zülalların aşağıdakı xarakterik əlamətləri vardır: 1. Zülalların tərkibində azotun miqdarı quru kütləyə görə təxminən 16 % təşkil edir; 2. Aminturşu manqalarının daimi quruluşu mövcuddur; 3. Aminturşular bir-biri ilə peptid (NHCO) əlaqəsi ilə birləşir və polipeptid zənciri əmələ gətirir; 4. Yüksəkmolekul kütləsinə malik olurlar (4-5 mindən milyona qədər). Tərkibində 2–10 sayda aminturşu olan zülallara peptidlər, 10–40 sayda olanlara polipeptidlər deyilir. Əgər bir aminturşunun orta molekul kütləsini 100 qəbul etsək, onda peptidlərin molekul kütləsi 1000-ə bərabər olar. Polipeptid və zülallarınkı 4000-dən daha yüksəkdir. Bəzi zülalların molekul kütləsi   verilmişdir.

Bəzi zülalların molekul kütləsi :

Qlükoqon 4000,

İnsulin 6000

Ribonukleaza 137000

Tripsin 23800

Fibrinogen 341000

İlbizin qemasiani 9000000

Bunlar da Allahın canlı orqanizmlər üçün əzəldən təyin və təqdir etdiyi ölçülər, başqa sözlə, qədərdir.



Zülalların əsas quruluş vahidi aminturşulardır. Aminturşulara, karbon zəncirindəki hidrogenlərdən biri NH2 qrupu ilə əvəz olunmuş, karbon turşularının törəməsi kimi baxmaq olar. Zülalların tərkibinə daxil olan bütün aminturşular üçün (prolin müstəsnalıq təşkil edir) xarakter olan ümumi əlamət, onların tərkibində sərbəst karboksil qrupunun, sərbəst əvəzlənməmiş amin qrupunun, karbon atomuna birləşmiş və yan zəncir adlanan müəyyən R-qrupunun olmasıdır. Təbii amintirşuların çoxunda amin qrupu karboksilə nəzərən α-vəziyyətində yerləşmiş olur.

Çox az hallarda canlı orqanizmlərdə amin qrupu β və ya γ vəziyyətində olan aminturşulara (β-aminpropion, γ-aminyağ turşuları) rast gəlinir. Zülallarda ölçüsü, forması, hidrogen rabitəsi əmələ gətirmək qabiliyyətiə görə fərqlənən 20 növdə aminturşu yan zəncirinə rast gəlinir. Qeyd etmək lazımdır ki, bakteriyadan insana qədər bütün canlıların zülalları, aminturşuların eynilə 20 növündən ibarətdir. Zülalların müxtəlif funksiyaları yerinə yetirə bilməsi, onları təşkil edən 20 quruluş elementinin xassələrinin müxtəl ifliyi və çevikliyi ilə izah oluna bilər. Zülallar funksiyası, mikroquruluşu və hidroliz zamanı alınan məhsullardan asılı olaraq qruplaşdırılır. Zülallar sadə – proteinlər və mürəkkəb – proteidlər qruplarına bölünür. Sadə zülallara – albuminlər (suda həll olur), qlobulinlər (neytral duzların məhlulunda həll olur), prolaminlər (spirtdə həll olur), qlyutelinlər (zəif qələvi məhlulunda həll olur), histonlar və s. aiddir. Mürəkkəb zülallar – proteidlər zülalsız hissənin kimyəvi təbiətindən asılı olaraq fosfoproteidlər, qlikoproteidlər, liopoproteidlər xromoproteidlər və nukleproteidlər qrupuna ayrılır.

Hazırda 2500-ə qədər zülalın birinci quruluşu ayrıd edilmişdir. Əgər təbiətdə olan zülalın sayının 1012-ə bərabər olduğunu yada salsaq, onda edilənlər çox azdır. Birincili quruluşu - polipeptid zəncirində aminturşu qalıqlarının ardıcıl düzülüşündən ibarətdir. Zülalın birincili quruluşunu bildikdə, onun struktur formulunu yazmaq olur. Əgər zülalın tərkibinə bir neçə polipeptid zənciri daxildirsə, onun birincili quruluşunu təyin etmək çətindir. Çünki əvvəlcə gərək həmin zəncirləri bir-birindən ayırmaq lazımdır. Zülal molekulunda aminturşu qalıqlarının ardıcıllığını müəyyənləşdirmək üçün onu hidroliz edirlər və polipeptid zəncirində sonda olan aminturşuları təyin edilir. Nəticədə sonda olan sərbəst NH2 və COOH qrupları müəyyənləşdirilir. N-Sonlu aminturşularını təyin etmək üçün müxtəlif üsullar mövcuddur. Məsələn, Friderik Senger polipeptidi 1-flüor-2,4-dinitrobenzol ilə arilləşdirmiş və N-sonlu aminturşusunun sarı rəngli 2,4-dinitro törəməsini almışdır. Turşu hidrolizindən sonra reaksiya məhsulu N-sonlu aminturşusunun dinitrofenilpeptidi stabil 2,4- dinitrofenilamin turşusu alınır. Digər sərbəst aminturşularından fərqli olaraq o sarı rəngli olur. Xromatoqrafiya ilə onu ayırmaq olur.

Bunlar alimlərin təsbit edə bildikləri ölçü və proporsiyalardır. Başqa sözlə əzəldən təyin və təqdir edilmiş qədərdir. Bunları anlamadan “Qədər və qəza” mövzusunu dərindən anlamaq çox çətindir.

Monomerləri nukleotidlər olan biopolimerlər, başqa sözlə, nuklein turşularının iki əsas qrupu vardır: dezoksiribonuklein turşusu (DNrT) və ribonuklein turşusu (RNdT. Canlının genetik proseslərində və turşuların sintezində vacib rol oynayırlar.

Müasir təsəvvürlərə görə alınan birləşmə əslində dezoksiribonuklein və ribonuklein turşuları (DNT və RNT) idi. Nuklein turşuları və ya polinukleotidlər bir-biri ilə 3'- və 5'-fosfodiefir əlaqəsi ilə birləşmiş nukleotidlərdən təşkil olunan irimolekullu birləşmələrdir. İnsan hüceyrəsindən alınan DNT molekulunun uzunluğu təxminən 3–5 sm-ə, 23 cüt xromosomda olan DNT-nin ümumi uzunluğu isə təxminən 1.5 m-ə bərabərdir. RNT molekulunun uzunluğu çox qısa olub 0.01 mm-dən artıq olmur. DNT-nin əsas hissəsi xromatinin tərkibində – hüceyrənin nüvəsində, az bir hissəsi – təxminən 2%-i mitoxondrilərdə yerləşir. RNT isə hüceyrənin bütün hissələrində müşahidə olunur. Nuklein turşularının ən yaxşı mənbəyi çəngələbənzər vəzin (timus) böyük nüvəli hüceyrələridir. Timusdan alınan nuklein turşusunu hidroliz etdikdə purin əsaslı adenin, quanin və pirimidin əsaslı sitozin, timin və həmçinin 2-dezoksiriboza və fosfat turşusu alınır. Mayanı hidroliz etdikdə isə adenin, quanin, sitozin, urasil, D-riboza və fosfat turşusu alınır. Nuklein turşularının quruluşunun müəyyənləşdirilməsində hidroliz reaksiyası mühüm rol oynayır. Nukleoproteidin hidrolizini aşağıda verilmiş sxem üzrə mərhələlərlə aparmaq olur. Hidroliz prosesini istənilən mərhələdə saxlamaq mümkündür:

Nuklein turşuları da birincili, ikincili və üçüncülü quruluşda olur və nukleaza fermentinin təsiri ilə nuklein turşuları nukleozid monofosfatlara parçalanır. Nukleozid monofosfatlar nuklein turşularının monomerləridir. Nuklein turşusu molekulunda monomerlər bir-birilə mürəkkəb efir əlaqəsi ilə birləşmişlər. Başqa sözlə, bir nukleotiddəki pentozada yerləşən 3' karbon atomundakı hidroksil qrupu ilə digər nukleotiddəki pentozada yerləşən 5' karbon atomundakı hidroksil qrupu fosfat turşusu ilə qarşılıqlı təsirdə olaraq fosfodiefir əlaqəsini əmələ gətirir (3',5'-fosfodiefir əlaqəsi). Ribonuklein turşusu hidroliz olunanda dörd tip ribonukleozidmonofosfata çevrilir. Hər ikisində üç azot əsasları eynidir (adenin, quanin, sitozin). RNT-də UMF var. DNT-də TMF var. Adətən, nuklein turşusunu qısaldılmış şəkildə göstərirlər. Dörd nukleotid əsasında olduqca çoxlu kombinasiyada birincili quruluşda nuklein turşusu düzəltmək olur. Bu cəhətdən onlar da zülallara oxşayır.



Yuxarıda DNT molekulu üçün nəzərdən keçirdiyimiz Çarqaf qaydaları ribonuklein turşusu üçün xarakter deyildir. Ən fərqli cəhət ondan ibarətdir ki, DNT-də timin olduğu halda, RNT-də urasil mövcuddur. RNT-nin monomerlərinin miqdarca münasibətində 6-keto qrupların sayı 6-amin qruplarının sayına bərabərdir: Q+U=A+S RNT molekulu bir ədəd polinukleotid zəncirindən təşkil olunmuşdur. Zəncirdə monomerlərin yerləşmə ardı- cıllığı RNT-nin birincili quruluşunu xarakterizə edir. RNT quruluş və funksiya etibarı ilə üç cür olur:

1.Ribosom RNT-si (r-RNT)

2.Məlumat RNT-si (m-RNT)

3.Nəqliyyat RNT-si (n-RNT)

r-RNT–nin RNT hüceyrədəki payı 28 % təşkil edir. Onun bir neçə növü var:

a) 28S – r-RNT, molekul kütləsi 1,5 mln. Bu isə 4000 nukleotid qalığı deməkdir

b) 5S – r-RNT, molekul kütləsi 6897%-dir.

Bu 100 nukleotid qalığından ibarətdir. Bunun molekul kütləsi 3000-dir. n-RNT-hüceyrə RNT-nin 15 %-ni təşkil edir. Birincili quruluşu fərqlənməklə n-RNT–nin onlarla növü vardır. n-RNT-nin molekul kütləsi 25000-dir. Birincili quruluşlu n-RNT-nin xarakterik xüsusiyyətlərindən biri də odur ki, onda məlum nukleotidlərdən başqa minor nukleotidlər vardır. Bunların kimyəvi quruluşu aşağıdakı kimidir:

m-RNT- hüceyrə RNT-nin 2%-ni təşkil edir. Hüceyrədə bir-birindən birincili quruluşu ilə fərqlənən çoxlu miqdarda m-RNT vardır. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, hüceyrələrdə RNT-nin miqdarı hüceyrənin tipindən, toxumanın növündən, orqanizmin yaşından və digər faktorlardan asılı olaraq dəyişə bilir. Embrional toxumalarda, sekretor orqanlarda və eləcə də tez artan və böyüyən hüceyrələrdə RNT toplanır. Digər tərəfdən məlumdur ki, hüceyrənin böyüməsi və protoplazmada zülal kütləsinin biosintezi ilə əlaqədardır. Hüceyrənin ribosomunda 40-50% RNT olur. Məhz buna görə də zülalın sintezi də ribosomda gedir. Buradan da aydın olur ki, RNT-nin əsas bioloji funksiyası canlı hüceyrədə zülalın sintezi ilə əlaqədardır. Protoplazmanın ribosomunda zülalın biosintezi prosesi xüsusi ferment sisteminin köməyi ilə sərbəst aminturşuların fəallaşdırılması ilə başlanır. Məsələn, aminturşu və adenozintrifosfat turşusundan (ATF) aminasiladenilatlar əmələ gəlir:

Bunlar da Allahın qədəridir. Canlıların qədərini daha dərindən anlamamız üçün DNT və RNT-nin müəyyən hissəsi olan genlər barədə dərin məlumata sahib olmamız çox önəmlidir. Onları bilmədən Allahın canlılar, o cümlədən insanlar üçün təyin və təqdir etdiyi qədəri tam anlamı ilə başa düşmək çox çətindir.

Canlılarda nəsildən nəsilə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın  əsas vahidi olan gen nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub, nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir.

DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir. DNT molekulunun bu cür iki zəncirli halı təbiətdə əksəriyyət təşkil edir və spiral şəklini alaraq, "ikili sarmal" adını alıb.

Məhz bu xüsusiyyət DNT maddəsinin surətinin çıxarılmasına və məlumatın RNT polimerinə ötürülməsinə imkan verir. Bu özəlliklər hüceyrə strukturlarının yaradılması və fəaliyyəti, eləcə də informasiyanın sonrakı nəslə ötürülməsi kimi vacib proseslərin əsasını təşkil edir. DNT, genetik kod vasitəsilə nukletoidlərin ardıcıllığı şəklində saxlanılan genetik informasiya daşıyıcısıdır. Reduplikasiya adlanan proses nəticəsində DNT özünün genetik olaraq tamamilə eynisi olan iki nüsxəsini yaradır, beləcə molekulda saxlanılan irsi informasiya yeni nəsillərə ötürülür. DNT-dəki informasiyanın ötürülməsi transkripsiya və translyasiya adlanan proseslər nəticəsində mümkün olur. Transkripsiya DNT əsasında RNT-nin yaradılması, translyasiya isə RNT əsasında zülalların istehsalıdır. İnsanda nüvə DNT-si 46 parçadan ibarət olub, təxminən 3 milyard əsas cütdən ibarətdir. DNT-nin müəyyən bir hissəsi gen adlanır.

Bunlar Allahın əzəldən təyin və təqdir etdiyi qədərdir.

Bioloji proseslər zamanı DNT molekulunda baş verən kiçik kənaraçıxmalar irsi genetik xəstəliklərin yaranmasına təkan verir. Genetiklər uzun illərdir ki, bu xəstəliklərlə mübarizəyə qoşulublar. Yeni əsrdə çox böyük kəşflər sayəsində gen mühəndisliyində əldə olunan nailiyyətlər tibbdə prinsipial olaraq yeni istiqamətlərin yaranmasına zəmin yaradıb. Ancaq bu xəstəliklərdən bəzilərinin müalicəsi hələ də tapılmayıb. Tibbi nailiyyətlər sayəsində ingilis alimləri ana və atadan keçə biləcək bütün genetik xəstəlikləri, körpə hələ rüşeym halında ikən aşkar edən test yaradıblar.

Gen səviyyəsində baş verən xəstəliklər insan cəmiyyətinin mövcud olduğu vaxtdan var: Hemofiliya və talassemiya bu xəstəliklərin mərkəzində dayanır. Hər iki xəstəlik irsi xarakterlidir. Atadan qız uşaqlarına, anadan oğlan uşaqlarına keçir. Ailədə ata daşıyıcı, ana xəstədirsə, burada uşağın xəstə olma riski daha çoxdur. İkisindən biri sadəcə daşıyıcıdırsa, o zaman uşaq xəstə olmaya da bilər. Sevindirici haldır ki, gen daşıyıcısı olan ananın 5 uşağından 2-si sağlam ola bilər. Amma təəssüf ki, dünyaya gəlmiş xəstə uşağın tam müalicəsi yoxdur. Bu səviyyəli xəstəliklərin siyahısını artırmaq olar. Ancaq vaxtında xəstəlik aşkarlanarsa, xəstəliklə mübarizə düzgün şəkildə aparılar, qismən də olsa, müalicə oluna bilər.

Hər bir xəstəlik kimi irsi xəstəliklər də qəzadır və gen misalından da göründüyü kimi, öncədən təyin və təqdir edilmiş qəzadır.


Canlılarda “qədər və qəza” mexanizmi və xromosomlar
Klassik genetika nəzəriyyəsinin əsası Jan Qreqor Mendel tərəfindən qoyulmuş, irsiyyətin kəmiyyət qanunları da onun tərəfindən kəşf edilərək əsaslandırılmışdır.

1849-1851-ci illərdə Znoym gimnaziyasında riyaziyyatdan, latın və yunan dilinən dərslər deyn Qreqor Mendel 1851-1853-cü ildə Vyana universitetində sitoloq Ungerin rəhbərliyi altında təbiət hadisələrini öyrənmiş, bitkilərin çalaqlaşdırılması metodları ilə maraqlanmışdir, 1856-1863 illərdə monastrın baxçasında noxud bitkisi üzərində bəzi tədqiqatlar apararaq irsi əlamətlərin qanunauyğunluğunu izah edən, günümüzdə “Mendel qanunu” kimi tanınan qanununun izahını vermişdir.

“Mendel qanunu” orqanizmlərin irsi əlamətlərinin nəsildən-nəsilə ötürülməsi prinsiplərini, irsiliyin malekulyar mexanizmlərini və "təmiz qamet hipotezini" izah edən qanundur. Onun məğzi ondan ibarət idi ki, hər bir canlı orqanizm irsi əlamətləri daşıyan, hal-hazırda gen adlandırılan əsas hissəciklərə malikdirlər. Bu hissəciklər vasitəsilə irsi xasiyyət və əlamətlər nəsildən-nəsilə ötürülmüş olur.

Əlamət və xasiyyətlərin nəsildən-nəslə nrvə ötürüldüyünü öyrənən Mendel öz təcrübə metodunu onun tədqiq etdiyi sortun iki toxumunun: hamar və kələkötür (qırışıq) alternativ olan əlamətləri üzərində qurmuşdur. Tədqiqatın bu düşünülmüş dar (əlamətlər) çərçivəsi irsiyyətin ümumi qanunauyğunluğunun əldə edilməsində əsas amil olmuşdur.

Mendel ehtimal nəzəriyyəsinə əsaslanaraq planlı və əhatəli eksperiment aparmışdır. O, 34 noxud sortundan 22 "təmiz" (əlamət parçalanması müşahidə olunmayan öz-özünə tozlanan və öyrənilmiş) sortları seçmişdir. Sonra o, sortları süni şəkildə hibridləşdirərək alınan sortları öz aralarında calaşdıraraq 7 əlamətin irsi keçiriciliyini təxminən 20 000 ikinci nəsil hibridləri arasında öyrənmişdir. Eksperimentin uğuru bir də onda idi ki, noxud bitkisi təbii olaraq öz-özünə tozlanır və süni hibridləşməyə asan tabe olur.

Mendel ilk dəfə biologiyada məlumatların analizi üçün dəqiq saylı metodlardan istifadə etmişdir. O, anlayırdı ki, təsadüfi xətaları kənarlaşdırmaq üçün böyük sayda calaşdırmalar aparılması labüddür.

Hibridlərdə valideynlərindən birinin əlamətinin üzə çıxmasını dominantlıq halı adlandırmışdır. Alim həmin qanunu aşağıdakı kimi ifadə etmişdir:

"Allel genli, müxtəlif əlamətli fərdlərin çarpazlaşdırılmasından alınan birinci nəsil hibridlərin fenotipi dominant əlamətlərlə xarakterizə olunaraq, genotip baxımından heteroziqotdurlar".

Mendelin bu qanunu "Dominantlıq qanunu" kimi də tanınır.



Qırmızı-çəhrayı çiçəkli və ağ çiçəkli noxud bitkisini bir-biriləri ilə çarpazlaşdırarkən Mendel görür ki, sonrakı nəsil noxud bitkisinin çiçəkləri qırmızı-çəhrayı rəngdə olub arasında bir dənə də olsun ağ çiçəkli noxud bitkisinə rast gəlinməmişdir. O, digər əlamətləri seçərək təcrübəni dəfələrlə təkrar etmiş: sarı noxud yaşıl noxudla carpazlaşdırıldıqda sonrakı nəsil toxumları sarı rəngli, hamar və qırışıq noxudlar çarpazlaşdırıldıqdan alınan nəsil toxumları hamar, hündürboylu və alçaqboylu noxud bitkilərinin çarpazlaşmasından alınan nəsil isə hündürboylu olmuşdur. Bu nəticələrə əsaslanaraq Mendel belə qərara gəlir ki, birinci nəsil hibridləri nəzərdə tutulmuş əlamət üzrə oxşardırlar. Valideynlərin birindən alınmış bu əlamət qüvvətlidir – dominantdır və alternativ zəif – resessiv əlaməti üstələmiş olur.

Bəzi rəqib və ya əks əlamətlər özlərini tam deyil yarımçıq büruzə verirlər. Buna yarımdominantlıq deyilir. Məsələn, latınca “Linaria” adlandırılan bitkinin qırmızımtılçəhrayı çiçəklisini ağ çiçəkli ilə çarpazlaşdırdıqda birinci nəsil hibridləri ağımtılçəhrayı rəngli çiçəklərə malik olurlar. Andaluziya qara rəngli toyuğunu ağ rənglisi ilə çarpazlaşdırdıqda birinci nəsil fərdləri boz rəngli olurlar. Yarımdominant heteroziqotlar resessiv və dominant homoziqotlar arası ortaq əlamətlərə malik olurlar. Yarımdominantlıqdan fərqli olaraq kodominantlıq zamanı heteroziqot əlamətlər eyni dərəcəli (qarışıq) olur. Kodominantlığa tipik nümunə kimi insanın qan qrupunun irsən ötürülməsini göstərmək olar. Insanda qan qrupunun əlamətlərini daşıyan A və B genləri dominant, 0 isə ressesivdir. Bu sistemə əsasən 00 I, AA və A0 II, BB və B0 III, AB isə IV qan qrupunu müəyyən edir. Bütün AA (I qrup) və BB (III qrup) genotiplərindən törənən insanlar AB (IV qrup) genotiplidirlər. Onların fenotipləri valideyn fenotipləri arasında aralıq təşkil etmir, çünki eritrositlərin səthində hər iki A və B aqlütinogeni mövcuddur.



Yarımdominantlıq və kodominantlıq halları Mendel qanununu bir qədər dəyişmiş olur:

"Allel genli, müxtəlif əlamətli fərdlərin çarpazlaşdırılmasından alınan birinci nəsil hibridləri bu hallarda: dominantlıq halında dominant əlamətlə və ya kodominantlıq halında isə qarışıq (aralıq) əlamətlə oxşardırlar."

Əlamətlərin parçalanması qanunu və ya Mendelin II qanunu




Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin