“(Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur” (Ət-Talaq surəsi, 2-3 – cü ayələr).
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ “Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər)ilə yaratdıq” (əl-Qəmər surəsi, 49-cu ayə).