بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
بَلْ بَدَا لَهُمْ مَا كَانُوا يُخْفُونَ مِنْ قَبْلُ ۖ وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا
نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
وَقَالُوا إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
Gətrilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” dediklərini görəydin! Xeyr əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfrə və günaha) əl qatardılar. Onlar şübhəsiz ki, yalançıdırlar. (Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!» deyərdilər” (Əl-Ənam 27-29).
Allah hər nə qədər onların geri qaytarılmayacaqlarını bilirsə, əgər geri qaytarılacaq olurlarsa yenə də çirkin əməllərə dönəcək-lərini xəbər verməkdədir:
Əgər Allah (əzəldən) onlarda bir xeyr (olacağını) bilsəydi (haqq sözü) onlara eşitdirərdi. Onlar eşitsəydilər belə, yenə də (haqdan inadla) üz çevirərək dönüb gedərdilər (“Əl-Ənfal 23).
Bu ayədə bildirilənlər “İşlər üçün əzəldən bir qədər yoxdur, hər şey baş verəndən sonra yazılır, Allah bir şeyi yaratmamışdan və var etmədən öncə onu bilməz” deyən Qədəriyyə məzhəbinin görüşlərini rədd etməkdədir.
Məlumat üçün bildirək ki, əsası Cəhm ibn Səfvan (ölüm tarixi 745-ci il) tərəfindən qoyulan, bu səbəıbdəın də bəzən “cəhmiyyə məzhəbi” də adlandırılan, geniş yayılmış etiqadi məzhəblərdən biri olan “qədəriyyə” məktəbinin müşəbbihə və mücəssimə məktəblərinə qarşı bir əks-reaksiya kimi meydana gəldiyi söylənilir. Hesab edilir ki, onun yaranmasında hind fəlsəfəsindən irəli gələn süməniyyə və digər fəlsəfi cərəyanların təsiri də az olmayıb. Lakin alimlərin əksəriyyəti isə bu fikirdədirlər ki, qədəriyyə məzhəbinin ortaya çıxmasında əsas faktor kimi “Cəbriyyəçilik” olub. Yəmi qədəriyyə sözügedən etiqdi məzhəbə qarşı yaranıb. Bu fikir bizə daha inandırıcı görünməkdəıdir. Belə ki,
İnsanların başına gələnin əvvəlcədən Allah tərəfindən yazıldığını, onların pozulmaz alın yazısı olduğunu, insanın heç bir seçim hüququnun olmadığını irəli sürən cəbriyyə məktəbindən fərqli olaraq, qədəriyyə mənsubları, yuxarıda qeyd edildiyi kimi belə hesab edirlər ki, əzəldən təyin və təqdir edilmiş bir qədər yoxdur, hər şey baş verəndən sonra yazılır, Allah bir şeyi yaratmamışdan və var etmədən öncə onu bilməz.
Cəbriyyə məktəbi Əməvilər dövründə formalaşmış, onlar tərəfindən dəstəklənmişdir. Şiələr arasında belə bir fikir hakimdir ki, bu düşüncə onların zülümlərini ört-bas edən ən böyük siyasi düşüncəyə çevrilmişdi. Elədiklərini Allahın üstünə atmaq zalım və günahkar müsəlmanlardan bir çoxuna sərf elədiyi üçün bu əqidəni müdafiə etməyə başladılar. Əslində əməvilərin əksəriyyəti üzdə İslamı qəbul etmiş kimi görünsələr də düşüncələri Məkkə müşriklərindən (xüsusiylə qədər məsələsində) bir elə fərqli deyildi.
Doğrusunu, əlbəttə ki, Allah bilir.
Yeri gəlmişkən qeyd edək ki, şiələrin “Qədər-qəza” mövzusuna baxışı əhli-sünnənin baxışlarından, demək olar ki, heç nə ilə fərqlənmir və ya çox az şeylə fərqlənir. Onların bu mövzuda mülahizələri daha çox müqəddəs hesab etdikləri imamlarının (12 imam) hədislərinə əsaslanır.
Onlardan bir neçəsini gözdən keçirək və qeyd edək ki, təqdim etdiyimiz sitatlar “Əhli-Beyt” İnternet qəzetinin 13.06.2018 tarixli sayından götürülmüşdür, orada təqdim edilən şəkildə təqdim edilməkdədir:
“İmam Əli (ə) buyurur: “Qədər – qaranlıq bir yoldur ki, onu başa vura bilməzsiniz. Dərin bir dənizdir ki, ora daxil olmayın. Allahın sirridir ki, onun üçün özünüzü əziyyətə salmayın”.
İmam Səccad (ə) buyurur: “İlahi qəzaya razı olmaq və səbir etmək – Allaha itaətin əsasıdır. Hər kim İlahi qəza qarşısında səbir və rizaya malik olar – onun üçün xeyirdən başqası olmayacaqdır”.
Dostları ilə paylaş: |