كَذَٰلِكَ يَجْعَلُ اللَّهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar (Əl-Ənam surəsi, 125-ci ayə).
وَلَا يَنْفَعُكُمْ نُصْحِي إِنْ أَرَدْتُ أَنْ أَنْصَحَ لَكُمْ إِنْ كَانَ اللَّهُ يُرِيدُ
أَنْ يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ
Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız. (Hud surəsi, 34-cu ayə).
İmam Şafii (r) deyir ki, qulların diləməsi Allaha aiddir. Aləmlərin Rəbbi olan Allah diləmədikcə onlar diləyəməzlər. İnsanlar öz əməllərini yaratmamışlar. Onların əməlləri Allahın yaratdıqları arasındadır. Qulların əməlləri Onun tərəfindən yaradılmışdır. Qədərin xeyiri və şərri də Allahdandır.
2) Şərri iradə. Bu halda söhbət yaradılmışların şəxsi iradəsi və istəyi ilə baş verən əməllərdən gedir. Bu əməllər yaradılmışların istəyi ilə olur və istək onlara Allah tərəfindən bəxş edilib:
Dostları ilə paylaş: |