كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa, hamsını bilir? Həqiqətən bu (Lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu Allah üçün asandır (Əl-Həcc surəsi, 70-ci ayə).
Şübhəsiz ki, Allah-Təala hər bir şeyi onaları yaratmamışdan əvvəl bildiyi kimi, hal-hazırda da hər şeyi bilməkdədir:
وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ
وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ
الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın (Əl-Ənam surəsi, 59-cü ayə).
هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ
الرَّحْمَٰنُ الرَّحِيمُ
O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və mərhəmətlidir (Əl-Həşr surəsi, 22-ci ayə).
Allah, şübhəsiz ki, kainatı və insanları yaratmazdan əvvəl də iman əhlini, şirk və küfr əhlini, salehləri, saleh olmayanları bilirdi:
إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
Həqiqətən sənin Rəbbin öz yolundan çıxanları da, doğru yolda olanları da ən gözəl tanıyandır (Nun // Qələm surəsi, 7-ci ayə).
Əlbəttə ki, Allah onların başına hansı gün, nə vaxt və harada nə gələcəyini də bilir. Yaratdıqlarından heç bir şey Ondan gizli qalmır:
إِنَّ اللَّهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ
بِأَيِّ وَمَا تَدْرِي نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا ۖ وَمَا تَدْرِي نَفْسٌ
أَرْضٍ تَمُوتُ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ
Heç kəs səhər nə əldə edəcəyini (savab və ya günah qazanacağını), heç kəs harda öləcəyini bilməz. Allah isə şübhəsiz ki, (hər şeyi) biləndir və (hər şeydən) xəbərdardır (Loğman 34).
Birinci dərəcə və ya mərtəbəni dərindən anlamaq məqsədi ilə bağlı səhih hədislərdən bir neçəsini gözdən keçirək:
Həzrət Əli (r) rəvayət edir ki, Rəsulullah (s) buyurdu: “Sizdən heç bir kimsə və yaradılmışlardan heç bir nəfs istisna olmamamqla hər kəsin Cənnətdəki və Cəhənnəmdəki yerini, şübhəsiz ki, Allah yazmış, təqdir və təyin etmişdir. Hər kəsin xoşbəxt və ya bədbəxt olduğu, şübhəsiz ki, yazılmışdır”.
Səhabələrdən biri: “Ya Rəsulallah! O, halda nə üçün əməl edib çalışırıq? Hər şey bilindiyi halda əməlin faydası nədir?” - dedi.
Peyğəmbər: “Xoşbəxt olanlardan olan kimsə, xoşbəxt kimsələrin əməli ilə əməl edəcəkdir. Bədbəxt olanlar da, bədbəxt olan kimsələrin əməli ilə əməl edəcəkdir. Xeyr, siz o bilinmiş olan yazıya görə dayanmayın, əməl edib çalışın. Çünki hər kəs nə üçün yaradılıbsa, o da onun üçün asanlaşdırılacaqdır. Xoşbəxt olan kimsələrə, xoşbəxt kimsələrin əməllərini etmək asanlaşdırılacaqdır. Bədbəxt olan kimsələrə də, bədbəxt olan kimsələrin əməlini etmək asanlaşdırılacaqdır”.
Sonra bu ayələri oxudu:
فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ
وَصَدَّقَ بِالْحُسْنَىٰ
فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ
Dostları ilə paylaş: |