Aişə (r) rəvayət edir ki, Rəsulullah (s) Ənsarlardan balaca bir uşağın cənazəsinə çağrıldı. Mən: “Ya Rəsulullah! O, nə xoşbəxdir! O, Cənnət sərçələrindən bir sərçə quşudur. Pislik etmədi və pislik etmək yaşına da çatmadı” - dedim. Peyğəmbər: “Sən bilmirsən ki, Allah Cənnət üçün bir əhali yaratdı ki, onlar atalarının bellərində ikən Allah onları Cənnət üçün yaratmışdır. Allah Cəhənnəm üçün elə bir əhali yaratmışdır ki, onlar atalarının bellərində ikən Allah onları Cəhənnəm üçün yaratmışdır” - deyə buyurdu.