10. Allahın bəşər övladlarına verdiyi məşğuliyyəti gördüm.
11. O, hər şeyi vaxtında və gözəl etdi. İnsanların ürəyinə əbədiyyət qoydu. Hərçənd onlar heç vaxt Allahın işini əvvəldən axıra kimi dərk etməyəcəklər.
12. Başa düşdüm ki, onlar üçün ən yaxşı şey ömür boyu sevinmək və yaxşı iş görməkdir;
13. həm də hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir.
14. Gördüm ki, Allahın etdiyi hər şey əbədilikdir. Ona nə bir şey artırmaq olar, nə də əskiltmək. Allah Özü bunu belə edib ki, insanlar Ondan qorxsun.
15. İndi nə olursa, artıq olub, nə olacaqsa, indiyədək olub. Amma Allah axtarılanı axtarır
16. Günəş altında bunu da gördüm: ədalətin yerində şər, salehliyin yerində pislik durur.
17. Ona görə ürəyimdə dedim: «Allah salehləri də, pisləri də mühakimə edəcək, çünki hər iş və hər hərəkət üçün bir vaxt var».
18. Mən həm də ürəyimdə dedim ki, Allah bəşər övladlarını sınayacaq və onlara göstərəcək ki, heyvandan fərqli deyillər.
19. Çünki insanın da axırı var, heyvanın da. Hər ikisinin sonu eynidir. Necə ki bu ölür, elə də o biri ölür. İkisi də eyni cana malikdir. Beləliklə, insan heyvandan əsla üstün deyil! Çünki hər şey puçdur.