Bəxtiyar Tuncay


Ömrüm, səadətim, müqəddaratım



Yüklə 1,11 Mb.
səhifə13/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   9   10   11   12   13   14   15   16   ...   96
Ömrüm, səadətim, müqəddaratım”.

İkinci hala isə aşağıdakı misallar gətirilmişdir:

Ə. Sadiq:

İndi məhsulun müqəddəratı əkinin vaxtlı-vaxtında suvarmaqdan asılı idi”.

Pənahi Makulu:

Yalnız Təbriz əhalisinin deyil, bütün İran azadlığının müqəddəratı ancaq sabahkı müdafiəmizdən asılıdır”.

Söhbətin bu yerində sinonim kəlmələr olan “qədər” və müqəddarat” kəlmələri ilə eyni “qdr” kökündən törəmə olan “miqdar” kəlməsinə də diqqət etməmiz vacibdir. Eyni lüğətdə bu ərəb mənşəli kəlmə “say”, qədər”, kəmiyyət” kimi açıqlanır və Mirzə Fəthəli Axundzadə dən aşağıdakı misal, yəni sitat gətirilir:

...Molla Həmidin tərəfindən məlum oldu ki, siz, guya bir miqdar pul gətirib gümüş almaq istəyirsiniz”.

Bir çoxları qədərlə (tale) miqdar (say) arasında bağlılığın olmasını iddia etsə də, aşağıdakı atalar sözü bu əlaqəni çox gözəl bir şəkildə ortaya qoyur:

Sən saydığını say, gör fələk nə sayır”, yəni “sən planlaşdırdığını planlaşdır, gör, qədərə (Allahın yazısına) hansı İlahi plan (müqəddarat) qeyd edilib.

Ərəb dilində, eləcə də bu dildən keçməklə Azərbaycan türkcəsində “qədər” kəlməsinin “qədr” və “qədir” formaları da işlənməkdədir.

Bunların birincisinə Məhəmməd Füzulinin və Qasım bəy Zakirin şerlərində rast gəlinməkdədir.

Füzuli:

Xoşdur nə qədr eyləsə cəfa yarım mənə”.

Zakir:

O qədri gəlmədin, ta oldum bimar”.



“Qədər”in “qədir” formasına gəlincə, bu kəlməni daha çox kiminsə və nəyinsə qədirini, yəni dəyərinin qədərini, qiymətinin miqdarını bilmək və ya bilməmək anlamında işlədirik.

Məsələn, İmadəddin Nəsimi Yazır:

Firaqi çəkməyən aşiq qədrini ( qədirini, qədərini) bilməz”.

Aşıq Ələsgərdə isə bu misralarla rastlaşırıq:

Aşıq Ələsgərin qədrini bilsən,


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin