Bəxtiyar Tuncay


(O daşlara) Rəbbinin yanında işarə qoyulmuşdur



Yüklə 1,11 Mb.
səhifə45/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   41   42   43   44   45   46   47   48   ...   96
(O daşlara) Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir.

Mədyən qövmünə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza (hər şeyi) bürüyən günün əzabı gələ. Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin! Əgər möminsinizsə, (bilin )(ki,) Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.

Onlar dedilər: “Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeyləri etməklə sizin əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam. Ey qövmüm! Qoy mənimlə olan ixtilafınız, Nuh qövmünün, yaxud Hud qövmünün, yaxud Saleh qövmünün başına gələnlərin eynisini sizin də başınıza gətirməsin. Lut qövmü də sizdən uzaq deyildir.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin