Bəxtiyar Tuncay


شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا



Yüklə 1,11 Mb.
səhifə65/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   61   62   63   64   65   66   67   68   ...   96
شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir (Əl-Furqan surəsi, 2-ci ayə). 

Aşağıdakı ayə də cəbriyyə məktəbi mənsublarının tez-tez istinad etdikləri ayələrdəndir:
مَا أَصَابَ مِنْ مُصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ يَهْدِ قَلْبَهُ ۚ 

وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir (Ət-Təğabun surəsi, 11-ci ayə).

K. Hüseyn tərəfindən toplanan və tərtib edilən “Əhli sünnə vəl cəmaat sələfi salihin əqidəsi Qəza və Qədər” adlı kitabın 2- ci nəşrində Abdullah Carqonun aşağıdakı fikrinə yer verilmişdir:

Qədər Allahın elminə uyğun olaraq yerin və göyün yaradılmasından əlli min il öncə Lövhi Məhfuzda bütün məxluqatın qədərinin yazılmasıdır. Bu qədər də Allahın iradəsinə uyğun olaraq təyin edilmişdir. Allahın istədiyi zaman da baş verir”.

Sələfilərin fikrincə, uşağın doğulması, bəlanın baş verməsi Allah – subhənəhu və təalə – tərəfindən əlli min il öncədən Qədərdə qeyd edilmişdir. Lakin uşağın bu gün doğulması, bəlanın bu gün baş verməsi isə artıq Allahın Qadasıdır (qəzasıdır). Qəza və Qədər özündə iki şeyi əhatə edir: 1) Allah – subhənəhu və təalanın əzəli elmini. 2) Allah  subhənəhu və təalanın bir şeyi yaratmasını.

Əhli-sünnə də eynən şiələr kimi Allahın qədər məsələsində olan fikir ayrılıqlarına görə müsəlman ümmətinin üç qrupa bölündüyünü qeyd edirlər. Onların da bu üç qrupa münasibəti şiələrin münasibətinə yaxındır. Fəqət fikirlərini izah etmək üçün səhih hədislərə istinad edirlər. Həmin qruplar aşağıdakı kimi xarakterizə edilir:

1. Cəbriyyə. Qədəri israr etməkdə həddi aşaraq insanın iradəsini, xeyir və şərr arasında seçim imkanının inkar edirlər. Bunların fikrincə, İnsanın nə iradəsi, nə də seçim imkanı vardır. O, öz əməllərini etməyə məcburdur. Əməllərin qula isnad edilməsi məcazdır. Qulun namaz qılması, oruc tutması, kimisə qətlə yetirməsi, oğurluq etməsi eynən günəşin doğması, küləyim əsməsi, yağışın yağması kimidir. Beləcə onlar Rəbblərini zülm etməkdə və qulların güc yetirmədikləri şeylərə məcbur etməkdə ittiham etmiş olular. Belələri insanın məcburiyyət qarşısında və könüllü surətdə etdiyi işlər arasında fərqi görməzlər. Şübhəsiz ki, onlar haqdan sapmışlar (azıblar). Çünki din, sağlam düşüncə və həqiqət (haqq) göstərir ki, məcburiyyət qarşısında və könüllü surətdə edilən əməllər arasında fərq vardır.

2. Qədəriyyə. Bunlar qulun iradəsini və seçim hüququnda israr etməkdə həddi aşaraq, Allahın istək, hökm və qədərini inkar edirlər. Onların fikrincə, qulun əməlləri Allah tərəfindən yaradılmayıb, tamamilə insanın özündən aslıdır. Bu fikirdə olanlar qulun qüdrət və iradəsi ilə öz əməllərinin yaradıcısı olduğunu irəli sürürlər. Bununla da Allahdan başqa ikinci yaradıcı olduğunu qəbul etmiş olurlar. Peyğəmbər (s) onları “Ümmətin məcusiləri” adlandırmışdır. Çünki məcusilər şeytanın şərri və pisi yaratdığına inanaraq, Allah ilə birlikdə onun bir başqa yaradıcı olduğunu iddia edirlər. Bunlar da qulları Allah ilə birlikdə yaradıcı olaraq qəbul etmişlər.



Qədəriyyənin bəzi nümayəndələri həddi aşaraq deyirlər ki, Allah yaratdıqlarının etdikləri əməllər barəsində yalnız onlar bu əməlləri etdikdən sonra xəbər tutur. Onlar insanın istəyi və seçimi barəsində ifrata yol vermişlər.
Mövzu ilə bağlı dövrümüzədək bir neçə səhih hədis yetişmişdir:


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin