Bəxtiyar Tuncay



Yüklə 1,11 Mb.
səhifə66/96
tarix01.01.2022
ölçüsü1,11 Mb.
#104069
1   ...   62   63   64   65   66   67   68   69   ...   96
İbn Ömər (r) rəvayət edir ki, Rəsulullah (s) buyurdu: “Qədəriyyə bu ümmətin məcusiləridir. Xəstələnəcək olurlarsa onları ziyarətə getməyin, ölürlərsə cənazələrində iştirak etməyin”. İbn Ömər (r) belə deyənlərin sözlərinə bərk qəzəblənmiş, onlara ağır sözlər söyləmiş, onlardan uzaq olduğunu demiş, əməllərinin üzlərinə geri çırpılacaqlarını, qədərə iman etmədikləri müddətdcə əməllərinin əsla qəbul olunmayacaqlarını açıqca ifadə etmişdir.

Yəhyə bin Yamər deyir ki, Bəsrədə qədərdən qədəri inkar edən Məbəd bin Cuheyni idi. Mən Humeyd bin Əbd ür-Rəhman əl-Himyeri ilə birlikdə həccə və ya ümrəyə getmək üçün səfərə çıxdıq. Yolda: “Kaş ki Rəsulullahın (s) səhabələrindən biri ilə qarşılaşardıq. Bu kimsələrin qədər haqqında söylədiklərinə dair ona sual verərdik” – dedi. Bunu demişkən məscidin girişində İbn Ömər (r) ilə qarşılaşdıq. Mən və yoldaşım onun sağına və soluna keçdik. Birimiz sağ tərəfində, digərimiz isə sol tərəfində idik. Ey Əbd ür-Rəhmanın atası! Bizim yaşadığımız yerdə Qurani-Kərimi oxuyan, elm tələb etməkdə səy göstərən insanlar vardır. Onlar qədərin olmadığını və işlərin əzəldən Allahın təqdiri olmadan meydana gəldiyini söyləyirlər.

İbn Ömər: “Onlarla qarşılaşdığınız zaman onlara deyin: “Şübhəsiz ki, mən onlardan uzağam, onlar da məndən uzaqdırlar. Allaha and olsun ki, onlardan birinin Uhud dağı boyda qızılı olsa və onu Allah yolunda versə belə, qədərə iman etməyənə qədər Allah bunu ondan qəbul etməz”.


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin