Peyğəmbər (s) buyurdu: “Mən ümmətimdə üç şeyin yaranmasından qorxuram. İmamların ədalətsizliyindən, ulduzlara inanmaqdan və qədəri inkar etməkdən”.
Ömər (r) rəvayət edir ki, Rəsulullah (r) buyurdu: “Qul bu dörd şeyə inanmadıqca mömin olmaz. Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və məni haqla göndərdiyi Rəsulu olduğuna şəhadət etmək. Öldükdən sonra dirilməyə inanmaq və Qədərə inanmaq”.
Aişə (r) rəvayət edir ki, Rəsulullah (s) buyurdu: “Altı qrup insan vardır ki, mən onlara lənət edərəm, Allah onlara lənət edər və bütün nəbilər onlara lənət edər. Qədəri inkar edən…”.