Bəxtiyar Tuncay



Yüklə 5,44 Mb.
səhifə23/60
tarix01.01.2022
ölçüsü5,44 Mb.
#104429
1   ...   19   20   21   22   23   24   25   26   ...   60
15.06.2020.

Azərbaycanlı hakerlər 3500 erməninin koronavirusa yoluxduğu, həmçinin onlarla əlaqədə olanların siyahısı barədə məlumat yayıb. Bu barədə erməni KİV-i  media mütəxəssisi Samvel Martirosyanın  özünün Facebook səhifəsində yazdığına istinadən məlumat yayıb.



O, məlumatın hələ təsdiqlənmədiyini vurğulayıb, lakin yazıb ki, bu günə qədər hər şey kifayət qədər etibarlı görünür. Mütəxəssisin izah etdiyi kimi, haker Səhiyyə Nazirliyinin elektron poçtunun sındırıldığını elan edib:

“Ancaq haker hər şey deyə bilər. Xahiş edirəm, məndən heç bir siyahı istəməyin, çünki orda şəxsi məlumatlar var” .

O, hər halda fərdi məlumatların yayılmasının hər zaman təhlükəli olduğunu vurğulayıb. Media mütəxəssisi hansı məlumatların səhv əllərə düşdüyünü bilmədiyini deyib.

Ermənistan Təhlükəsizlik Nazirliyi əvvəlcə belə halın mükünsüzlüyünü bəyan edib. Bir gün sonra isə  məlumatların kənara sızdığını təsdiqləyib və bu istiqamətdə zəruri araşdırmaların aparıldığını bildirib. Azərbaycana ünvanlanan bu haker ittihamını nə dərəcədə əsaslı saymaq olar?

İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis, VR360.az şirkətinin direktoru Nicat Qasımlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu iddiasını əsaslı saymaq olmaz: “Həmin ölkə ilə biz müharibə şəraitində yaşayırıq. Müasir dünyada müharibə deyəndə eyni zamanda virtual aləmdə və İKT sahəsindəki bəzi hücumlar da nəzərdə tutulur. Sualınızın birinci hissəsinə cavab olaraq bildirirəm ki, Azərbaycanın deyilən sahədə olduqca ciddi mütəxəsissləri var və onlar Ermənistana istənilən sahədə dərs verməyə qadirdir. Ancaq inanmıram ki, belə xırda məlumatı əldə etmək bizim maraq dairəmizdə olsun. Ermənistanın özündə vəziyyət olduqca gərgindir. Daxili qruplar arasında amansız mübarizə gedir. Koronavirusla bağlı isə vəziyyət daha acınacaqlıdır. Paşinyanın özü etiraf edir ki, virusla bacara bilmirlər. Ermənistanda koronavirusla bağlı vəziyyətin nə dərəcədə acınacaqlı olduğu açıq polemikalarda qeyd olunur. Hətta onların mediasında hakimiyyətin real rəqəmləri gizlətdiyi də bəyan edilir, konkret rəqəmlər açıqlanır. Görünür, adlarla bağlı konkret siyahını da hakimiyyətə müxalif olan daxili qruplar mediaya sızdırıb. Onlar daxili rəyi sakitləşdirmək üçün bu ittihamı bizim üzərimizə yönəldirlər. Həmin əməlin bizim hakerlər tərəfindən törədildiyini sübut edən heç bir konkret dəlil ortaya qoyulmayıb. Yalnız fərziyyə əsasında deyilənləri isə iddiadan başqa nəsə saymaq olmaz” (Məhəmmədəli Qəribli, 2020).

08.06.2020.

Azərbaycanlı xaker Ermənistan Ordusunun hərbi hissələrindən birinin sərancamında olan silahların siyahısını yayımlayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Reyncer13” kod adlı xaker özünün “facebook” səhifəsində materialları təqdim edib.

“Reyncer13” qeyd edib ki, bu sənədlər düşmənin 33651 saylı hərbi hissəsinə aiddir. Ön xəttə yerləşən bu hərbi hissənin silahlanmasında olan silah-sursat və texnikalar bu sənəddə öz əksini tapıb.



Qeyd edək ki, “Reyncer13” buna qədər də Ermənistan Milli Təhlüksizlik Xidmətinin, eləcə də Qarabağdakı separatçı rejimin qondarma “Milli Təhlükəsizlik Xidməti”nin əməkdaşlarının şəxsi məlumatlarını, o cümlədən Ermənistanda koronavirus xəsətəliyinə tutulanların siyahısını əldə edərək yayımlayıb (Ermənistan Ordusunun.., 2020).


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin