Beyin və psixika Fərdiyyətin tipalogiyası


Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi. Plastiklik



Yüklə 53,67 Kb.
səhifə3/11
tarix31.12.2021
ölçüsü53,67 Kb.
#113284
1   2   3   4   5   6   7   8   9   10   11
Psixologiya serbest isler- Məmmədov Fərid

Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi. Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədər tez uyğunlaşmasından (plastiklik) və ya əksinə, davranış adət və mülahizələrinin nə qədər ətalətli, dəyişkən olmamasından (rigid) bilmək olar.

Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla insanların temperament tiplərini müəyyənləşdirmək mümkündür.



Sanqvinik - Sürətlə yeriyir və tez-tez danışır, gördüyü  film və oxuduğu kitab  haqqında həyəcanla danışır, hər yeni bir fakta və məsələyə böyük maraq göstərir, mimikası zəngin, mütəhərrik və ifadəlidir. Onun əhvali-ruhiyyəsini, insanlara və ya obyektlərə münasibətini elə üzündən oxumaq olar. Hissləri və əhvali-ruhiyyəsi çox deyişkəndir. Bu tipə məxsus olan insanlar tez coşub tez sakitləşirlər, emosionaldırlar, çevikdirlər, bacarıqlı və qabiliyyətli olurlar, insanlarla tez ünsiyyət qurur, xoşbəxt və ətrafın sevimlisi, üzü nurlu olur. Yaş artsada üz cizgiləri sanki uşaqlıq da olduğu kimi qalır.Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. O qədər zirəkdirlər ki, onları bir dəqiqə bir yerdə saxlamaq qeyri-mümkündür. Həmişə hara isə tələsirlər, gedirlər, gəlirlər. Oturaq iş onlarlıq deyil. Ətrafda olan heç nə onların diqqətindən kənarda qalmır. Hər şeyə maraq göstərirlər. Və onların maraq obyektləri tez-tez dəyişir. Psixoloqların təbirincə desək, sanqviniklərin maraqları davamsız və qeyri-sabitdir. Elə ona görə də, böyük həvəslə, coşğunluqla başladıqları işdən son dərəcə süstlüklə də əl çəkirlər.

Heç bir tip sanqvinik qədər istənilən şəraitə, vəziyyətə tez uyğunlaşa bilmir. Sanqviniklərin bu xüsusiyyətini qeyd edən psixoloqlar bir qədər mübağiləyə yol verərək, söyləyirlər ki, “sanqvinik yadplanetlilərin arasına düşsə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Qısa zaman ərzində onlarla dil tapacaq. Və həyatdan həzz almağı bacaracaq”. Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Son dərəcə emosinal olsalar da, yaddaşları zəifdir. Onlar üçün sanki hər şey bir anlıqdır: tez sevinib, tez də kədərlənirlər. Ancaq heç nə onları təbdən çıxarmır. Çünki sevinci də, kədəri də tez unudurlar. Bir sözlə, onlar üçün yalnız bu gün, bu saat, bu an var. Eyni zamanda bu tip insanlar təsir altına tez düşürlər. Elə buna görə də bu insanlardan bəziləri son dərəcə özbaşına, bəziləri isə bunun tam əksinə olaraq, intizamlıdır.




Yüklə 53,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin