Fleqmatik- Qaradinməzdir, onlari güldürmək, həyəcanlandırmaq və ya hirsləndirmək o qədər də asan deyildir, ağlayarkən üzünün ifadəsi qətiyyən dəyişmir, yalnız axan göz yaşları onun kədərləndiyini göstərir. Hərəkətləri və yerişi ləng və astadır. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Bu xüsusiyyətlərinə baxmayaraq psixoloqların fikrincə fleqmatik tip insanlar mehriban, istiqanlıdırlar. Sadəcə onları yaxından tanımaq üçün vaxt lazımdır, vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və mehriban olurlar. Həmişə rəfiqələrini, dostlarını axtaran bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.Bu tip insanlar isə sakit, təmkinli olurlar. El arasında onlara “yerəbaxan” deyirlər. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Gülməli bir hadisənin şahidi olarkən, yanındakıların gülməkdən ürəkləri keçəndə, o uzaqbaşı gülümsəyəcək. Və yaxud əksinə, onu hirsləndirmək, təbdən çıxarmaq müşküldən müşküldür. İstənilən halda hamıdan gec reaksiya verir.
Bir sözlə, onlar gec uyğunlaşdığı, alışdıqları kimi gec də unudurlar. Elə ona görə də psixoloqlar məsləhət görürlər ki, ilk baxışda qaradinməz, sakit, son dərəcə soyuqqanlı təəssürat oyadan bu insanların sadiqliyinə şübhə ilə yanaşmayaq. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar vaxtı ilə incik düşdüyü insanlara qarşı da sayğısız yanaşmırlar.
Dostları ilə paylaş: |