Beyin və psixika Fərdiyyətin tipalogiyası



Yüklə 53,67 Kb.
səhifə6/11
tarix31.12.2021
ölçüsü53,67 Kb.
#113284
1   2   3   4   5   6   7   8   9   10   11
Psixologiya serbest isler- Məmmədov Fərid

Melanxolik- Sakitdir. Əhvalı çox cüzi təsirlərdə dəyişir, çox həssasdır, hərəkətləri süst, zəif, ağır-ağırdır. Usandırıcı danışır. Küsəyən və özünə qapalıdır. Melanxolik tipli insanlar sakit ancaq həssasdırlar. Elə bu səbəbdən onlara münasibətdə ən kiçik  diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir qanqaraçılığı uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayırlar, kədərlənirlər, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər “yüz ölç bir biç” məsləhətinə riayət etmir. Bu dünyada ən çox özlərindən narazıdırlar. Özlərinin heç bir bacarığını dəyərləndirmirlər. Özlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda olaraq başladıqları iş yarımçıq qalır.

Melanxolik – ən çətin ünsiyyət yaradılan insan tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət yaratmaq olduqca çətindir. Bu tip insanlar ünsiyyətdən qaçır və ünsiyyəti sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər. Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə də həyatın maraqsız və darıxdırıcı olduğundan şikayətlənərlər.

Melanxoliklər hər hansı bir uğura qətiyyən inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa əvvəlcədən hazır olurlar. Onların həyatdan razı, sevincli olduqlarını görmək çox çətindir. Melanxoliklər daim cəmiyyətdən qaçar, cəmiyyətdən uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-kamil psixikaya malikdirlər. Belələri pessimist, özlərinin hər hansı bir xırda problemini və incikliyi həddən artıq böyüdüb şişirdən olurlar.

Melanxoliklər zahirən çox sakit görünürlər. Amma çoxları bilmir ki, onların daxilində necə böyük təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində olan təlatümlü emosiyalar çox nadir hallara üzə çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və analiz edirlər.

Melanxoliklərin emosiyalarını daxillərində gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi qaraciyər və mədədə funksional pozuntu, hipertonik və kardioloji xəstəliklər yaradır.

Melanxoliklər depresiyaya meyillidirlər, tez təsirlənirlər. Ən adi bir şeydən kefləri pozulur, özlərini aşağı qiymətləndirirlər. Melanxolik dörd əsas insan temperamentindən biridir. Hər hansı yeni bir iş onların çiynində ağır bir yük olur. Melanxoliklər seçim etməkdə, qərar qəbul etməkdə çətinlik çəkirlər.

Aristotel hesab edirdi ki, “hər bir dahi ehtirasına görə - melanxolikdir”. Melanxoliklərin bir yaxşı cəhəti vardır, intuisiyaları yüksək olur.

Melanxoliklərin bir çox mənfi xüsusiyyətlərinə baxmayaraq, bir çox məşhurlar bu mənfiliklərə qalib gələ bilmişlər. Məsələn: R.Dekart, Ç. Darvin, P.İ. Çaykovski, F. Şopen, N.B. Qoqol və s. görkəmli şəxslər bu tip insanlardan olmuş və öz daxillərindəki melanxoliyaya qalib gəlmişlər.




Yüklə 53,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin