Beyin və psixika Fərdiyyətin tipalogiyası



Yüklə 53,67 Kb.
səhifə8/11
tarix31.12.2021
ölçüsü53,67 Kb.
#113284
1   2   3   4   5   6   7   8   9   10   11
Psixologiya serbest isler- Məmmədov Fərid

3. Fərdiyyətin tipalogiyası.

İnsanı orqanizm, fərd və şəxsiyyət səviyyəsində xarakterizə etmək olar. Bu anlayışlar bir-birilə qarşılıqlı əlaqədədir, lakin onlardan hər birinin özünəməxsus evristik mənası vardır.
Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır .
Orqanizm geniş anlayışdır. Hər bir canlı varlıq – bitki də, heyvan da, insan da orqanizmdir. Psixologiya insanı orqanizm kimi deyil, f ə r d və ş ə x s i y y ə t kimi öyrənir.
Hər bir insan, bir tərəfdən, bioloji varlıqdır, digər tərəfdən, sosial varlıqdır. Onun bioloji varlıq kimi psixoloji xüsusiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji xüsusiyyətlərini şəxsiyyət termini ilə ifadə edirlər. İnsanın həyat fəaliyyətində bu iki cəhət bir-birilə elə uzlaşır ki, biz çox vaxt nəinki onları aydın şəkildə fərqləndirmir, hətta bu haqda fikirləşmirik. Halbuki insanın fərd və şəxsiyyət kimi xarakteristikaları vəhdət təşkil etsə də, onları eyniləşdirmək olmaz. Təsadüf nəticəsində heyvanlar arasına düşmüş və onların içərisində böyümüş uşaqlara aid faktlarla bu baxımdan tanış olaq.
Elmə təxminən 50-yə qədər belə hadisə məlumdur. Müxtəlif heyvanlar – meymun, canavar, ceyran, ayı və s. içərisində böyümüş belə uşaqların ancaq bir neçəsi, xüsusilə 1920-ci ildə Hindistanda canavar yuvasında tapılmış, Kəmalə və Amalə adlandırılmış qızlar psixoloqlar tərəfindən nisbətən ətraflı öyrənilmişdir.
Kəmalənin çox uzun və qabarlı əlləri var idi, ovurdları batmışdı, qulaqları iri və yastı idi. O, demək olar ki, soyuğu və istini hiss etmirdi. Yalnız çiy ət yeyir, süd içirdi, çox güclü alt çənəsi və iti dişləri var idi. Gündüzlər, demək olar ki, hərəkət etmir, gecələr isə gəzişir və canavar kimi ulayırdı. Bir il keçəndən sonra o, ətrafdakı adamlarla maraqlanmağa başlayır. İkinci ildə qız artıq stəkandan istifadə edir və otuz söz bilirdi. O, küçəyə çılpaq çıxmağa daha razı olmurdu.
Qarşıya sual çıxır: bu uşaqları şəxsiyyət adlandırmaq olarmı? Əgər olmazsa, bunu nə ilə əsaslandırmaq mümkündür? Gəlin, bu suallara cavab vermək üçün fərd və şəxsiyyət anlayışları ilə tanış olaq.
Biz uşağı fərd kimi səciyyələndirərkən, birinci növbədə, onun insan növünə mənsub olduğunu qeyd edirik. Bunu başa düşmək üçün təkcə onu göstərmək kifyətdir ki, insan balası heyvanlar içərisinə düşdükdə belə, heyvan balasına çevrilmir, insan oalraq qalır. Amalə və Kəmaləni canavar balalrı ilə müqayisə etsəniz, bu cəhəti aydın görə bilərsiniz: onların bədənləri, beyinləri, əlləri və s.-nin quruluşu nəinki canavarın, hətta meymunun bədəni, beyni və ya əllərinin quruluşundan kəskin surətdə fərqlənir.
Bədənin konfiqurasiyası dik yerimək, beynin quruluşu intellektin inkişafı əllərin quruluşu alətlərdən istifadə etmək üçün imkan yaradır. Aydın məsələdir ki, heyvanlar mühitində insan övladının bi imkanları tam həyata keçmir
. Lakin bununla belə o, mehz özünün bu xüsusiyyətləri ilə heyvanın balasından kəskin surətdə fərqlənir.
Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki və heyvanlar bir-birindən müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların araslnda oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çarpdırırıq.
Fərd – özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da ele bundan ibarətdir.
Bu baxımdan hər bir adam – həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşl adam fərddir. Eyni sözləri biz Amalə və Kəmalə haqqında da deyə bilərik: onlar da fərddirlər.
Bir cəhəti dəqiqləşdirək: insan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir.

Yüklə 53,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin