Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə16/77
tarix10.01.2022
ölçüsü1,2 Mb.
#107536
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   77
2. Asimmetrik həll və yaxud nisbi kompromis;

3. Əməkdaşlığa söykənən yeni prinsipial həll


Birinci halda tərəflər bir-birinə
Birinci halda tərəflər bir-birinə qarşılıqlı güsəşt etməklə problemi həll etməyə çalışırlar. Bu məqamla bağlı hansısa bir hüquqi norma, eləcə də vahid tələblər mövcud deyildir. Hansısa tərəfin daha çox, yaxud tərəf-lərin eyni bərabərdə güzəştə getməsi yalnız və yalnız danışıqlar nəticəsində reallaşa bilər.Gercək olan odur ki, tərəflər çüzəşt olmadan yaranmış vəziyyətdən çıxış yolu olmadığını dərk edirlər.

Danışıqların tarixi elə insanlığın tarixi qədər qə-dim olsa da, bu prosesə elmi yanaşmalar yaxın dövrləri əhatə edir. İlk dəfə kompromis anlayışını elmi dövriy-yəyə hələ XX əsrin əvvəllərində, 1904-cü ildə, italyan sosioloqu, iqtisadçı və riyaziyyatçısı Vilfreddo Paret-to(1848-1923) gətirmişdir.Müəllif münaqişədə olan tə-rəflərin ortaq qərarını adlandırmaqla həm də bu qərarın butun tərəflər üçün eynilik yaratmadığını hesablamağa müvəffəq olmuşdu. Müasir dərsliklərdə özünə yer alan “Paretto prinsipi”iqtisadi danışıqlara daha geniş tətbiq olunur. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, kom-promis bir tərəf üçün nə dərəcədə faydalıdırsa, onun şərtləri digər tərəf üçün bir o dərəcədə ziyanlıdır.

Bir çox hallarda“Paretto prinsipi” 80/20 faiz prinsiri kimi də şərh olunur. Əslində isə söhbət asim-metrik fünksiyadan gedir.Belə güman etmək olar mövcud şəraitdə tərəflərin problemlə bağlı qəbul etdiyi kompromis uzunömürlü ola bilməz.

Amerikalı tədqiqatçı Con Forbos Neş məhz bu məqamla bağlı kompromis probleminə fərqli yanaşma ortaya qoymuş və sonradan öz orijinal ideyasına görə Nobel mükafatına layiq görülmüşdür. Neş kompromisə

müsbət addım kimi dəyər verir.



Birgə razılıq faktı olduğundan onun sonradan pozulmaması üçün, müəllifin fikrincə, elə şərtlər qo-yulmalıdır ki, günahkar öz əməlindən ikiqat ziyan çəkmək təhlükəsini dərk etsin.Yalnız belə olduqda kompromis bütün tərəflər ücün eyni dərəcədə faydali ola bilər.Bəzən kompromisə “güzəşt xatirinə güzəşt” hadisəsi kimi baxılır. Yadda saxlamaq lazımdır ki, hər bir güzəşt o zaman məqbul addım sayıla bilər ki, münaqişənin aradan qalxmasına təkan versin.

Danışıqlar insanlar arasında tarixən qədim və universal anlaşma vasitəsı kimi maraqların ziddiy-yətli, baxışların müxtəlif olduğü məqamlarda barışığa təminat yaradır. Tarixi təcrübədə danışıqlar əsasən üç istiqamətdə (diplomatiya, ticarət və münaqişələrin həlli) inkişaf etmişdir.

Danışıqların tədqiqi ilə məşğul olan mütəxəs-sislər, bir qayda olaraq, beş əsas funksiyanı diqqətə çəkirlər. Halbuki danışıqlar daha çox funksiyaya ma-likdir. Əvvəlki bölmələrdə danışıqların ünsiyyət və kom-mukasiyadan kənar proses olmadığına diqqət yetirmiş-dik və ünsiyyətin funksiyalarını şərh etmişdik. Son qə-naət budur ki, danışıqların funksiyalarına da bu çərçi-vədə baxılmalıdır.



1. İnformativ-kommunikatıv funksiya;


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin