Danışıqların taktikası
Taktika danışıqların ayrı-ayrı mərhələlərində han-sısa məqsədin əldə olunması uçun konkret gediş-lərdir. Danışıqlar üçün xarakterik olan və təcrübədə daha çox tətbiq olunan taktikalara diqqət yetirək. Bu taktikaların bəziləri diplomatiya tarixində iz qoymuş şəxsiyyətlərin adı ilə bağlıdır.
“Mehriban dost” taktikası. Bu zaman fikirlər də-qiq və yığcam şəkildə qarşı tərəfə çatdırılır. Eyni zamanda tələsik cavab verməmək, dərindən düşün-mək, götürqoy etmək xahiş olunur.
Linkoln taktikası. Bu zaman əsas problemin həl-li ilə bağlı hər hansı dəlillərin açıqlanması bilərəkdən yubadılır, qarşı tərəfə öz mövqeyini bildiməyə imkan verilmir və danışıqlara ayrılan vaxt, demək olar ki, ikinci dərəcəli məsələlərin müzakirəsinə həsr olunur.
Maksimilyan taktikası. Qarsı tərəfin diqqətinə vaxtın azlığını çatdırmaqla onu əsas mövzudan yayın-masına imkan verməmək. Bu atmosferdə özünü həqi-qətən işgüzar göstərməklə əsl məqsədlərini pərdə-ləmək məharəti tələb olunur. Qarşı tərəfi inanır ki, vaxt olsaydı, çox iş görmək olardı.
Dostları ilə paylaş: |