1 .Səlahiyyətlilik(bilik və bacarıqlar komp-leksi nəzərdə tutulur);
2.Münaqişə tərəflərindən asılı olmamaq (sər-bəstlik və obyektivlik);
3.Nüfuz (təsir göstərmək imkanları).
Göstərilən ardıcıllıq bir daha təsdiqləyir ki, işdən xəbərsız, təcrübəsi olmayan vasitəçinin səlahiy-yətliliyi heçdir.Vasitəçilik texnologiyalarına bələd-sizlik prosesin özü üçün təhlükəlidir. Vasitəçinin bitə-rəfliyi inandırıçı olmadığından onun fəaliyyətinin tərəflər üçün önəminin dərəcəsinə diqqət yetirilmə-lidir. Bu göstəriciyə rəğmən vasitəçinin tərəflərə mü-nasibəti simmetrik və asimmetrik ola bilər.XX əsrin ikinci yarısından dünya düzənində konfliktlərin sayının artması və vasitəciliyin asimmetrik səciyyəli olması adi bir hal almışdır. Çoxtərəfli vasitəçilikdən daha tez-tez istifadə olunması və bu zaman vasi-təçiliyə qatılan dövlətlərin munaqişə tərəflərinə təsir imkanlarının çeşidli olması müasir diplomatiyanın “ikili standartlardan” kənar olmadığını təsdiqləyir. “İkili standartlar” vasitəçiliyi kölgə altına salan ən böyük faktordur.
Dostları ilə paylaş: |