Görüşmək(əl sıxmaq)
Görüslər və danışıqlar, beynəlxalq əhəmiyyətli bütün tədbirlər rəsmi qonaqların (dövlət və hökumət başçıları,xarici işlər nazirləri, nümayəndə heyətlərinin başcıları və s.))qarşılanması və bu zaman əl verib görüsməklə başlayır.İlk baxısdan normal bir hadisə kimi baxılsa da, bu jest bir qədər sirli mə- qamları yaşadır. Bildirməliyik ki, əl verib görüşməklə bağlı çox müxtəlif mülahizılır mövcuddur.
Qədim düvrlərdən insanlar əl uzatmaqla güya ki, silahsız olduqlarını nümayiş etdirib və xoş niyyətlə danışmağa üstünlük veriblər. Ancaq bunların həqiqi və məntiqi olanı yox dərəcəsindədir.
Son tədqiqatlarda əl sıxmaq jestinin daha çox kulturoloji və etik cəhətlərinə diqqət yetirilir. Xüsu-silə sərq-qərb menalitetlərində bu hadisəyə fərqli baxışlar mövcuddur. Ümumiyyətlə, qadanlarla əl ve-rib görüşmək olduqca problemli məsələdir.
Tədqiqatçilar bütün bunları bir tərəfə qoyaraq əl uzadıb görüşən tərəflərin əllərinin vəziyyətinə rəğ-mən status vəziyyətlərini və daxili hisslərini qismən müəyyənləçdirməyə çalışırlar. Biz bu istiqamətdəki tapıntılara yeni heç nə əlavə edə bilmədiyimizdəm təqdim olunan nəticələrlə razılaşmaq zorundayıq.
Beləliklə, əgər tərəflərdən biri əlini duz halda üstdən uzadaraq görüsmək istəyindədirsə, göman olunur ki, o öz yüksək statusunu nümayiş etdirir.
Adətən, birinci formada gö-rüsməyə üstünlük verən insan-lar daxilən aqressiv təbiətli olurlar.Əslində, bu jestlə insan öz yekəxanalığını biruzə verir və sosial münasibətlərdə xoş dəyərləndirilməyən haldır.Dip-lomatik dairələrdə bərabərtə-rəflilik əl verib görüşən andan ğz təsdiqini tapır.
Bəzi məqamlarda isə yaş, cins fərqləri nəzərə alınmaqla müəyyən istisnalara qatılmaq olar. Bunun özünə də bir diplomatik gediş kimi baxila bilər. Bütün hallarda qarşı tərəfin əlini bərk sıxmaq və davamlı yelləımək doğru deyildir. Son dövrlərdə hətta dövlət başçıları da görüşərkən çox vaxt xeyli sərbəstlik nümayiş etdirməklə ənənəvi kanonlardan uzaqlaşırlar.
Bir çox hallarda əl verib görüşməyin davamı olaraq qucaqlaşaraq öpüçmək də bir dəb olaraq həyata vəsiqə alir. Ancaq bu tipli hərəkətlərə cox yaxın və doğma insanlar üstünlük verirlər. Misal üçün, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Res-publikası Prezidenti İlham Əliyevin görüş anları “Bir millət, iki dövlət” ruhunu tam şəkildə təsdiqləyir. Səmiyyətin digər bir elementi də rəsmilərin ikiəlli görüşməsidir.
İnsanın danışıqlar prosesində daha hansı komp-lekslərdən yararlana biləcəyini proqnozlaşdimaq çətin-dir. Beləliklə, “...Ünsiyyətdə ən ən vacib məqam dillə deyilməyəni eşitməkdir”(Piter Druker).
Dostları ilə paylaş: |