Beynəlöalq əlaqələrin ən etibarlı


«Щягигят щеч кяся бцллур кими саф эялиб



Yüklə 1,2 Mb.
səhifə24/62
tarix15.11.2023
ölçüsü1,2 Mb.
#132610
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   62
KİTAB DANİŞIQLAR

«Щягигят щеч кяся бцллур кими саф эялиб
чатмыр вя чатмайаъаг».
Ксенофан(antik dövrün filosofu)


Danışıqların dialektikası

1.Dialektika nədir?


2.”Kommunikativ strategiya“ və şərh formaları
3.Yaradıcılıq texnologiyası.
4.Danışıqlarda faktların yeri və rolu
İnsanların gündəlik həyatda yaşadığı məqam-lara adekvat münasibəti daha cox kommunikativ davranışında özünü biruzə verir. Beynəlxalq münasi-bətlərin aktorları (dövlətlər, beyhəlxalq təşkilatlar) arasında ünsiyyət (danişiqlar, muzakirə, mübadilə və s.) aparılması zərurədən doğan və formalaşan bir proses kimi dinamik inkişafda olan manasibətlərin vacib faktoruna çevrilir. Ünsiyyətin çeşidli formaları məqsədəyönlü fəaliyyət prosesi kimi bilavacitə infor-masiya mübadiləsi aparılmasına xidmət edir. Ancaq bu ardıcıllıqda baş tutanları danışaqlar aparılması prosesi ilə eyniləşdirmək elmi-nəzəri baxımdan doğru deyildir.
Danışıqlar hər hansı beynəlxalq əhəmiyyətli problemə münasibəti aydınlaşdırmaq, qarşı tərəfin (tərəflərin) birgə atacağı addımların formalarını seçmək, gözlənilən nəticənin əldə olunması üçün tələb olunan resursların həcmini müəyyənləçdirmək məq-sədi ilə aparılır.
Danışıqların uğurlu və yaxud uğursuz olacağı haqqında öncə hansısa qəti qərar verilməsi sağlam düşüncədən kənardır. Ancaq tərəflər maraqlarını düz-gün bölüşməklə bu prosesin yetərli dərəcədə səmərəli olmasını təmin edə bilər. Bu yolda hər sey danı-şıqların dialektikasının səviyyəsindən asılıdır. İnfor-masiyanın ötürülməsi üçün müəyyən məntiqi ardıcıllıq prinsiplərinin qorunması vacibdir.
Dialektika anlayışı mürəkkəb yanaşma tələb edir və ona birmənalı baxıla bilməz. Əslində hər şey danışıqların növü(forması) və məqsədi ilə bağlıdır və bu prosesə yalnız öz nəzərləri ilə deyil, həm də qarşı tərəfin nəzərləri ilə baxmaq zəruridir. Bu o deməkdir ki, danışıqların müsbət və mənfi çalarları, praktik mahiyyəti və nəzəri cəhətdən dolğunluğu tərəzinin gözünə qoyulmalıdır.
Dialektika danısıqların aparılması məharətidir. Eyni bir hadisəyə məqam daxilində hərtərəfli nəzər yetirmək, qiymətləndirmək və düzgün qərar qəbul etmək həqiqətən məsuliyyətlidir və çətindir.
Dialektika gerçək olanla arzu olunan arasındakı gəzişmələr kimi təsəvvür olunmalıdır. Başqa bir hə-qiqət də ondan ibarətdir ki, danışıqlarda, ola bilər ki, heç bir nəticə əldə olunmasın. Çalışmaq lazımdır ki, hadisələrin axarını müsbət məcraya yönəlməklə tərəflərin arzusunda olduğu nəticə qazanılsın.
Dialektika ehtimalların, ümidlərın, atılacaq hər bir növbəti addımın məcmusudur.Bütün hallarda isə dialektika və nitqin məntiqiliyi vəhdət təşkil edir. Bu vəhdət isə uğurlu «коммуникатив стратеэийа»1 kimi başa düşülməlidir. Бцтцн щалларда данышанын гаршысына гойдуьу мягсядя наил олмасы бирбаша щягигятин ачыгланмасындан асылыдыр.





Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin