Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə3/62
tarix15.11.2023
ölçüsü1,2 Mb.
#132610
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62
KİTAB DANİŞIQLAR

1 .Tərəflər arasında (münaqişəni qarşıdurmanı həll etmək;
2.Beynəlxalq aləmdə mövcud olan mühüm əhə-miyyətli qeyri-hərbi problemlərin ikitərəfli və çoxtərəfli həllinə nail olmaq;
Bu əsasda danışıqlar iki müstəvidə baxıla bilər.
1. elmi müstəvidə,
2. kommunikasiya müstəvisində.
Birinci halda qeyd olunmalıdır ki, danışıqların heç bir dəqiq nəzəriyyəsi yoxdur.Ancaq danışıqları bir elm kimi təsəvvürə gətirsək, onda bir neçə suala cavab axtarmalıyıq;
1 .Münaqişə məqamında tərəflərin maraqlarını
necə doğru, dəqiq yozmaq olar?
2.Necə etmək lazımdır ki, yad tərəflər bir-birini
düzgün başa düşə bilsin?
3.Bir tərəf öz maraqlarından heç nəyi güzəştə
getmirsə, ortaq razılığa gəlmək mümkündürmü?
Diplomatiya ilə bağlı sadaladığımız hər nə varsa birbaşa danışıqlardan keçir. Danışıqlarla bağlı tədqi-qatların qıtlığı zəruriliyi danılmayan bu prosesə baxış bucaqlarını da çarpazlaşdırır. Məşhur amerikalı poli-toloqlar Rodcer Fişer Vilyam Yuri üçün danışıqlar tərəfləri konsensusa doğru aparan vasitədir. Belə başa düşməliyik ki, bu fikrin müəllifləri əslində danışıqları ziddiyyətin sonuna,maraqların uzlaşdırılmasına atılan körpü sayırlar. Bu da özlüyündə doğru yanaşmadır. Analoji və oxşar yanaşma bu sahənin tədqiqatçıla-rdan Fil Byuqlinin deyimində də təsdiqini tapır.O yazır:-...Danışıqlar qarşılıqlı faydalı qərarlar qəbul olunmasının və gələcək birgə fəaliyyət istiqamətlərini razılaşdırmağın yeganə yoludur ”.
1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması danışıqlar institunun çəkisini xeyli artırdı. Beynəlxalq aləm bundan sonra əsl danışıqlar arenasına çevrildi.
Danışıqları şərtləndirən iki əsas amil xüsusi diq-qət tələb edir.
1 .Tərəflər qarşılıqlı asılıdır;
2. Tərəflər fərqli maraqlara malikdir
Danışıqların apaırılması heç də problemin (mü-naqişənin) birbaşa və birdəfəlik həlli deyildir. Tərəflər bir qayda olaraq əllərində olan informsiya əsasında problemin həllinə təsir göstərə biləcək yeni vasitələr axtarışında olurlar. Əlverişli məqamın passiv gözlə-yicisi kimi davranmaq əslində danışıqlara yad düşün-cədir.Münaqişə və danışıqlar bir-birinə çox yaxın ol-duğuna görə əksər hallara danışıqları”sönmüş müna-qişə(R.Lone)adlandırırlar.Danışıqların tanınmış təd-qiqatçılarından olan F.Ç.İkle prosesə bir qədər fərqlı yanaşaraq yazır ki,”... danışıqlar üçün ortaq maraq və eyni dərəcədə də maraqların ziddiyəti zэruridir.”
Həqiqi mənada, danışıqlar fikir ayrılıqlarına son qoymasa da, bu istəklə uz-üzə oturmağın özü də uğur-lu sonluğa işıq tutmaqdır.Danışıqların mürəkkəb pro-ses olması onun beynəlxalq-hüquqi mənzərəsini də ziddiyyətli edir. Tutaq ki, danışıqların müddəti (baş-lanması, tamamlanması və c.) ilə bağlı beynəlxalq hü-quqda heç bir qeyd-şərt öz əksini tapmayıb. Bu o demək deyildir ki, beynəlxalq hüquq elmi danışıqların zəruriliyinə kölgə salır. BMT Baş Assambleyası 8 de-kabr 1998-ci il tarixdə “Beynəlxalq danışıqların apa-rılması prinsipləri və şərtləri haqqında” qətnamə (53/101)1 qəbul etməklə, onların daha effektli aparıl-masına təkan verdi.
Danışıqların aparılması üçün problemin labüd-
lüyü,maraqların ortaqlığı və ziddiyyəti bu “oyundan” baş açmağı xeyli çətinləşdirir. Bəlkə elə bu səbəbdən tədqiqatçılar danışıqlara “Oyunlar nəzəriyyəsi”ni tətbiq etməkdə maraqlıdırlar.2





Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin