Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə33/62
tarix15.11.2023
ölçüsü1,2 Mb.
#132610
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   62
KİTAB DANİŞIQLAR

Yapon üslubu
Danışıq üslublarına görə yaponlar digər xalqlar-dan fərqlənırlər.Real həyatda zəhmətkeş, yüksək estetik zövqə malik olan,milli ənənələrə böyük hörmətlə yanaşan,öz məsuliyyətini dərk edən yapon-lar bütün bu xüsusiyyətləri danışıqlar prosesində nümayiş etdirirlər.Danışıqlar yaponlar üçün, sözün əsl mənasında, milli mədəniyyətın və tərbiyə sisteminin ayrılmaz tərkib elementidir. Onlar üz-üzə danışıca-qları insanın fərdi keyfiyyətlərini öyrənməyə çalışır və yaxın münasibətlər qurmağa çalışırlar.
İndi avropalılar da bir çox hallarda yapon-sayağı davranışla qarşı tərəfə daha yaxın olmağa üstünlük vürirlər. Fərq ondadır ki, yaponlar danı-şıqların dəyərini vaxtla ölçürlər.Əgər danışıqlar uzun çəkirşə, yaponların nəzərində daha səmərəli hesab olunur.Maraqlı olan budur ki, uzün-uzadı danışıq-dan yaponlar yorulmur və qarşı tərəfi böyük maraqla və diqqətlə dinləməyi bacarırlar. Dinləyici biçimində onların istifadə etdiyi jestlərə diqqət yetirilməli-dir.Yaronların başı enib-qalxırsa, bu hələ razılıq işarəsi deyildir. Sadəcə deyilənlərin eşidildiyi və başa düşüldüyü bildirilir. Ümumiyyətlə, yaponlar “yox” kəlməsini dilə gətirmirlər.
Danışıqlarda baş verən hər hansı təkid forma-larına məhəl qoymasalar da, zəif tərəfə münasibətdə hədə taktikasını seçirlər. Danışıqlarda güzəştə gedən tərəfə onların rəğbəti artır və bunu özlərinə böyük hörmət hesab edirlər. Belə hallarda yaponlar tez bir zamanda qaşılıqlı addım atmağı xoşlayırlar.
Danışıqlarda dəqiqliklə müzakirə predmetinə münasibət bildirməklə “öz simalarını” axıra dədər qoruya bilirlər. Məhz yaponlara xas olan bu incəlik
onların öz uzərlərinə götürdüyü öhdəlikləri şəksiz
yerinə yetirəcəklərinə əminlik yaradır.
Çin üslubu
Çinlilər bir sira fərqli davranışa malikdirlər. Danışıqlara xas olan hər üç mərhələni eyni ardı-cıllıqla icra etməyə meyllidirlər.Nümayəndə heyətləri say çoxluğu ilə seçilir.Hələ üstəlik ən xırda an-laşılmazlıqları aradan götürmək üçün çoxsaylı eks-pertləri də danışıqlara cəlb edirlər. Çinlilər qərar qəbul etməkdə yaponlara yaxındırlar.Qarşı tərəfin zahiri görünüşü, davranış tərzi, əlaqə yaratmaq baca-rığı onlar üçün xüsusi dərəcədə əhəmiyyətlidir. Rütbə və səlahiyyətləri yüksək olan şəxslərlə daha yaxın olmağa can atırlar, dostluq əlaqələri qurmağa çalışır-lar. Özlərinə qarşı rəğbət duyduqda qarşılıqlı nəzakət göstərirlər.
Danışıqlarda sövdələşmə taktikasına üstünlük versələr də, bəzən ötüşməyə də meyl göstərməyi xoş-layırlar.Cinlilərin üslubunda vacib odur ki, mətləbi öncə qarşı tərəf bəyan etməlidir. Danışıqların dalana səmtlənməsindən, yaxud pozulmasından həmişə ehti-yatlanırlar. Üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirəndirlər.
Ərəb üslubu
Uzun -uzadı, böyük qətiyyətlə sövdələşmək ərəb milli danışıq üslubunün ən gözədəyən əlamətidir. Məhz buna görə də, ərəblərlə danışıqların planını əvvəlcədən qurmağın heç bir mənası yoxdur. Eləcə də vaxta etinasız yanaşmaları xoşagələn deyildir. Hətta danışıqlarin konkret vaxtı barədə ərəblərə əvvəlcədən informasiya çatdırılsa da, onlar öz bildikləri kimi hə-rəkət edirlər.Bu məzmunda ərəblərə nəyisə xatır-latmaq əsl təhqir kimi qəbul oluna bilər. İnsan amilinə önəm verməyi, səxsi əlaqələri inkişaf etdir-məyi xoşlayan ərəblərin etimadını qazanmaq o qədər də çətin deyildir.Bu insanların dinləmək mədəniyyəti yüksəkdir.
Bununla belə ərəblər danışıqlarda emosional-lığı ilə seçilir.Onlar tənqidi xoşlamır, milli qürur his-sini hər şeydən uca tuturlar.Odur ki, ərəblərlə ehti-yatlı danışmaq, təmkinli və səbrli olmaq lazım gəlir. Son olaraq qeyd etməliyik ki, ərəblərdən qəti şəkildə razılıq cavabı eşitməyə ümid azdır. Ərəblərin ”Allah bilən məsləhətdir!” ifadəsi ən ümidverici cavabdır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin