Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə43/62
tarix15.11.2023
ölçüsü1,2 Mb.
#132610
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   62
KİTAB DANİŞIQLAR

1.Fasilitator-(ingilis dilində-facilitate-yüngülləşdiri-ci,asanlaşdırıcı). Əsas etibarilə danışıqların baş tüt-masına,görüşlərin keçirilməsinə çalışır.Ancaq özü mü-zakirələrdə və qərar qəbul olunmasında istirak etmir.
2.Məsləhət formalı vasitəçilik Bu tipli vasitəçiliyin xüsusiyyəti ondadır ki, danışığa qatılan tərəflər əvvəl-cə vasitəçi ilə razılığa gəlirlər ki, özləri ortaq razılığa gələ bilmədikdə ondan məsləhət alacaqlar. Bəlkə də tərəflər öz əsl məqsədlərini bildirmədən vasitəcinin düşün-düklərini aydınlaşdırmaq istəyındə olurlar.Bir halda ki, vasitəçinin məsləhətlərin icrası hökm kimi qəbul olunmur, ehtimal olunur ki, sonrakı addım-larda da tərəflər öz seçiminə üstünlük verəcək.
3.Arbitraj yönümlü vasitcitəçilik. Bu əsasda müna-qişənin həllində vasitəçinin rolu önəmlidir.Bu onunla


izah olunur ki, münaqişə tərəfləri əvvəlcədən öz üzər-lərinə öhdəlik götürürlər ki, danışıdlar “düyunə düş-dükdə”vasitəçi problemin həllinə yönələn və içrası zəruri olan qərar qəbul edə bilər.Belə şəraitdə tərəflər öz aralarında dil “tapmağa” daha çox çalışırlar.


Əvvəlcədən vasitəçilik modellərindən hansısa birinin daha effekli olması haqqında fikir söyləmək çətindir.Münaqişənin həllini təmin edən hər bir model dəyərlidir. Yadda saxlamaq lazımdır ki, heç də hər şey vasitəçidən asılı deyildir.Zaman axarında baş verənlər,quvvələr balansının dəyişməsi, tərəflərin qar-şılıqlı münasibəti, münaqişəyə veni çalarlar gətirir. Vasitəçi bütün fəaliyyəti boyu ən çox tərəflər arasında birbaşa əlaqə kanalları qurmağa çalışır.
Bunu məqbul hadisə kimi qəbul etsək də, rellıqda başqa bir mənzərə formalaşır.Əksər hallarda tərəflər bir-birinə ittihamlar yağdırır, hətta hədələrə yol verirlər. (P.M.Kraus, M.Döyç). Bunula da müna-qişənin ölü nöqtəsində qalması təhlükəsi yaranır.
Dolayı kommunikasiya aparılmasının da öz qüsurları var.Ən azı hər hansı nəticəni qazanmaq üçün yersiz vaxt itkisi baş verir.Nəticədə vasitəçinin fəaliyyəti kölgələnir. Nəyin necə baş verdiyini, hadi-sələrin bütöv mənzərəsini təsvir etmək üçün vasitəçilik inkarolunmaz bir faktordur.
Adından görundüyü kimi, rəsmi vasitəçilik münaqisənin həllində daha səmərəli seçimdir. Vasitəçi rolunda adətən nöfuzlu və güclü dövlət (dövlətlər) çıxış edir. Bəzən isə belə bir yanlış təsəvvür formalaşır ki, vasitəçilərin sayı nə qədər çox olarsa, münaqişə bir o qədər tez həllini tapar.Təəsüf ki, bu heç də belə deyildir.Elə Dağlıq Qarabağ münaqişəsinin aqibətin-də (ABŞ, Fransa və Rusiya kimi nüfuzlu və güçlü dövlətlərin çəmləşdiyi“Minsk qrupu”- nun fəaliyyət-sizliyi nəzərdə tutulur) bunu izləmək çətin deyil-dir.Reallıqda çoxtərəfli vasitəçilikdə fikir ayrılıqları daha çox təsadüf olunur.


Təkbaşına da meydanda görünmək çətindir.


Təkbaşına da meydanda görünmək çətindir.Müa-
sir zamanda münaqişələrin həllində de-fakto üstünlük beynəlxalq təşkilatlara məxsüsdür. Dağlığ Qarabaq mü-naqişəsinin həllini öz üzərinə götürməklə ATƏT bir ad-dım da qabağa gedə bilmədi.Hətta BMT-nin də işlək mexanizmlərinin olmaması BMT TŞ-nın ardıcıl qəbul etdiyi qətanamələrin (822,853,874,884) kağız üzərində qalmasina səbəb olub.
İctimai düşüncəyə təsir imkanları daha cəlbedici görünən qeyri-rəsmi vasitəcilik hələlik dirçəliş döv-rünü yaşayır. Müşahidələr göstərir ki, rəsmi və qeyri-rəsmi vasitəcilik əslində bir-birindən təcrid olunmur.
Vasitəçilik rəsmiqeyri-rəsmi olmaqla eyni amanda daimi və yaxud müvəqqəti xarakterli ola bilər. Əslində daimi (əbədi) vasitəçilik deyəndə onun uzun-müddətli, yəni münaqişənin başlanğıcından so-nuna qədər olan muddət nəzərdə tutulur.
Müvəqqəti vasitəçi yalnız qisa bir muddətdə, konkret halda münaqişənin hansısa bir mərhələsində öz missiyasını həyata keçirir. Ola bılər ki, başqa bir mərhələdə yeni bir müvəqqəti vasitəçi prosesə qoşul-sun. Növbəlilik qaydaşında həyata keçirilən müvəq-qəti vasitəçilik bir baxımdan faydalı olsa da, ümu-milikdə qənaətbəxş sayıla bilməz. Müşahidələr gös-tərir ki, bu zaman nizamlama prosesinin ardıcıllığı pozulur, informasiyaların konfidensiallığı zəif-ləyir.
Vasitəçi münaqişəni həll etmir. Vasitəçinin məqsədi (superməqsədi) münaqişənin daha tez həll olunmasına kömək etməkdir. Bu onun fəaliyyətinin şah zirvəsidir.Bu zirvəni yalnız o zaman fəth etmək çətıhlik yaratmır ki, tərəflər özləri əl-ələ verərək yolun bir hissəsini arxada qoyurlar.Daha doğrusu, müna-qişənin gərginliyi sönməyə meyllənir. Belə məqamda vasitəçi daha böyük cəsarətlə danışıqların meydanını genişləndirməklə tərəflərin diqqətindən kənada qalan bəzi xırdalıqların həllıni tezləşdirə bılər.
Açığını desək, barışıq prosesində heç nə və heç bir addım öz xoşuna baş vermir.Vasitəci yalnız özünə-məxsus taktiki və strateji gedişlərlə tərəfləri ortaq məxrəcə gəlməyə stimullaşdıra bilər.Bəzən vasitəçi tərəfindən iqtisadi, siyasi mənəvi təsirlərə də yol verilə bilər.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin