Beynəlöalq əlaqələrin ən etibarlı



Yüklə 1,2 Mb.
səhifə32/62
tarix15.11.2023
ölçüsü1,2 Mb.
#132610
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   62
KİTAB DANİŞIQLAR

Alman üslubu
Almanların danışıq üslubu özünəməxsus ele- mentlərlə seçilir. Onlar ciddi hazırlaşmadan danı- şıqlara başlamırlar. Almanlar sanki nəticəni elə da-nışıqlar başlayanda görürlər və öz mövqelərini gizlətmirlər.Gündəlikdən qırağa çıxmadan danışıq- larin suallarını ardıcıllıqla cavablandırmağı ancaq al-manlar bacarır. Onların yumor hissi yox dərəcəsin-dədir. Deduktiv şərhə meyllidirlər. Almanlar bütün mərhələlərdə dəqiqliyə yüksək qiymət verirlər və qarşı tərəfdən də bunu gözləyirlər. Müşahidələr təsdiqləyir ki, alman diplomatlarının hüquqi bilikləri çox yüksək olduğu üçün onlarla boş və mənasız danışmaq mümkün deyildir.
İngilis üslubu
İngilislər almanlardan fərqli olaraq danışıqlara dərindən hazırlaşmırlar. Ancaq bu o demək deyildir ki, ingilislər zəif tərəfdir. Onların əsl məharəti elə da-nışıqlar zamanı üzə çıxır.Hələlik problemə toxunma-dan, adi söhbətlərlə baş qatan ingilislər çox bacarıqla təşəbbüsü ələ keçirirlər. Əsl sövdələşmə(alver) psixo-logiyasına yaxın olduqlarından axıra qədər hövsələli olurlar.
İngilislər üçün danışıqlar qanundan qırağa çıx-madan pozulmaz ardıcıllıqla müqəddəs ayinlərin yeri-nə yetirilməsi kimi bir prosesdir. Danışıqların pred-meti, professional müzakirə mədəniyyəti, qarşı tərəfin ölkəsi ilə bağlı zəngin məlumatlı olmaları xoştəbiətli ingilisləri güclü tərəfə çevirir. Üstəlik də faktlara, rə-qəmlərə və digər statistik məlumatlara istinad etmək-lə hadisələrin sonrakı inkişafı ilə bağlı proqnozları inandırıcı olduğundan yanlış qərar qəbul olunmaya- cağına inanmırlar. İngilislər “düşünürəm ki,...”, “mə- nə belə gəlir ki,...”,”güman etmək olar ki,...” ifadələri ilə qarşı tərəfə münasibətdə sərt və kobud olmadıq-larını nümayiş etdirməklə məqsədlərinə daha yaxın olurlar. Ancaq birmənalı şəkildə “hə” və ya “yox” demək ingilis təbiətindən kənardır.
Fransız üslubu
Diplomatik ənənələrin formalaşmasına daha çox töfhə verən fransızlar çox dəqiq və hazırlıqlı olur-lar.Yüksək dərəcədə tərbiyə və təhsil gördüklərindəm danışıqlarda fransızlar qarşı tərəfə hədsiz nəvazişlə yanaşırlar. Bununla yanaşı bilərəkdən gecikməyi xoşlayırlar və digər dilləri bildikləri halda da yalnız fransız dilində danışırlar. Fransız danışıq üslubu al-man danışıq üslubuna çox yaxındır, yəni deduktiv şərhə üstünlük verirlər. Özlərinə təzyiq göstərilməsi ilə barışmayan fransızlar sərt danışıqlara tez meyl-lənirlər və qarşıdurmadan çəkinmirlər.Ümumiyyətlə, taktiki gedişləri müxtəlif olan tərəf kimi onlarla ehtiyatlı davranmaq məsləhətdir.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin