Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Hava nəqliyyatı ilə beynəlxalq müntəzəm daşıma



Yüklə 112,79 Kb.
səhifə11/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   66
Hava nəqliyyatı ilə beynəlxalq müntəzəm daşıma anlayışını Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurası vermişdir. Bu anlayışa görə, müntəzəm daşıma aşağıdakı tələblərə cavab verməlidir:

-birinci, uçuşlar birdən çox dövlətin hava məkanı vasitəsilə həyata keçirilməlidir;

-ikinci, uçuşlar ödənişli sərnişin, poçt və ya yük daşınmasını yerinə yetirmək məqsədilə həyata keçirilməlidir;

-üçüncü, uçuşlar rəsmən elan olunmuş cədvələ uyğun olaraq həyata keçirilməlidir, ya da onlar elə müntəzəm və ya tez yerinə yetirilməlidir ki, sistemli (ardıcıl) şəkildə seriya reyslər təşkil edilə bilsin.

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası, Avstriya Respublikası, Misir Ərəb Respublikası, Özbəkistan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə Respublikası,

Fransa Respublikası və digər dövlətlərin hökumətləri arasında hava əlaqələri (daşımaları) barədə ikitərəfli sazişlərdə də müntəzəm hava daşımasına tərif verilir və bu tərif, əsasən, yuxarıdakı tələbləri əhatə edir.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin