Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Dünya nəqliyyat sistemi və təsnifatı



Yüklə 112,79 Kb.
səhifə2/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   66
Dünya nəqliyyat sistemi və təsnifatı

Nəqliyyat dünya iqtisadi proseslərində milli iqtisadiyyatların spesifik sahəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu sahə ayrıca xidmət sektoru kimi hər bir ölkə vətəndaşı, sahibkarlıq və digər fəaliyyət sahələrinin subyektləri ilə ictimai münasibətlər prosesində olur.



Nəqliyyat terminin mahiyyəti – latınca transporto sözündən formalaşmışdır, gətirirəm, aparıram, yerini dəyişirəm mənasını ifadə edir. Başlıca mahiyyəti hər hansı bir yükü və sərnişini bir yerdən digər yerə çatdırmaqdan ibarətdir. Nəqliyyat hər hansı bir məhsul istehsal etmir, bununla belə təyinat funksiyasından asılı olaraq vətəndaşlar, cəmiyyət, bütövlükdə dövlətə isə mühüm və zəruri xidmət göstərir. Nəqliyyat maddi istehsal yaratmasa belə, o bu proseslərdə bir xərc subyekti kimi iştirak edir və bu baxımdan hər hansı bir məhsulun son qiymətinin formalaşmasında ciddi faktor kimiçıxış edir. İqtisadiyyatın müxtəlif sahələrində optimal təsərrüfat nəticələrinin əldə olunmasında nəqliyyatın təsiri güclüdür. Bu meyarlar nəzərə alınmaqla nəqliyyat iqtisadi amillə yanaşı, həm də sosial və siyasi əhəmiyyət kəsb edir. Nəqliyyat maddi istehsal prosesinin mühüm tsikllərindən biri kimi xarakterizə edilə bilər. Çünki nəqliyyat daim hərəkətdədir və bununla da o, maddi istehsal prosesinin bir çox tsikllərində iştirak edir. Nəqliyyat xərcləri təkcə yükün həcmindən deyil, həm də hansı məsafəyə daşınacağından asılı olduğundan onun son nəticəyə təsiri bir çox hallarda həlledici rola malik ola bilər.


Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin