Beynəlxalq qarışıq daşıma dedikdə iki dövlət arasında həyata keçirilən, yükgöndərmə və təyinat yeri iki müxtəlif ölkə ərazisində olan və vahid daşıma sənədi əsasında operator tərəfindən bir neçə nəqliyyat növünün iştirakı ilə yerinə yetirilən daşıma başa düşülür. Ona intermodal daşıma və ya multimodal daşıma da deyilir.
İntermodal daşımaların böyük əhəmiyyəti vardır. Hər bir dövlət belə daşımaların inkişaf etdirilməsində və geniş yayılmasında maraqlıdır. Demək olar ki, dünya dövlətlərinin hamısı intermodal daşımaları dəstəkləyir. İntermodal daşımalar təkcə dövlətlərarası deyil, həm də qitələrarası daşımalar deməkdir.
Belə növ daşımanın bir sıra üstün cəhətləri vardır:
-birinci, intermodal daşımalar nəqliyyat infrastrukturu müəssisələri (dəniz və çay limanları, aeroportlar, terminallar və s.) də daxil olmaqla ölkənin nəqliyyat sisteminin inkişaf etdirilməsinə imkan yaradır;
-ikinci, qarışıq daşıma operatorlarının fəaliyyəti nəticəsində nəqliyyat xidmətinin ixrac edilməsi artır və bunun da müqabilində ölkə büdcəsinin gəlir hissəsi (büdcə gəlirləri) çoxalır;
-üçüncü, milli operatorların fəaliyyəti daxili (milli) nəqliyyat xidməti bazarına xarici nəqliyyat şirkətlərinin daxil olmasının qarşısını alır;
-dördüncü, qarışıq daşımalar ölkənin imicinin möhkəmləndirilməsinə müsbət təsir göstərir.
Eyni zamanda, intermodal daşımalar iki nəqliyyat-hüquqi problemin həll olunmasına imkan verir. Birinci problem yükdaşıma prosesində iştirak edən daşıyıcılar arasında qarşılıqlı münasibətləri qaydaya salmaq zərurətindən ibarətdir. İikinci problem daşıyıcıların yük sahibi qarşısında daşıdıqları məsuliyyətdən ibarətdir. İntermodal aşıma əməliyyatlarında bir neçə daşıyıcı iştirak edir.
Dostları ilə paylaş: |