Daşımanın bir və ya bir neçə nəqliyyat (daşıma) sənədi ilə həyata keçirilməsinə görə beynəlxalq dəmir yolu daşımalarının iki növü fərqləndirilir: birbaşa daşıma, birbaşa olmayan daşıma.
Birbaşa daşıma odur ki, o, vahid daşıma (nəqliyyat) sənədi ilə rəsmiləşdirilir, bir neçə daşıyıcı tərəfindən yerinə yetirilir və eyni müqavilə şərtləri əsasında həyata keçirilir. Bu növ daşımalar zamanı yalnız bir daşıma müqaviləsi bağlanılır.
Beynəlxalq dəmir yolu daşımaları haqqında sazişlərin əksəriyyəti birbaşa daşımaların həyata keçirilməsini nəzərdə tutur.
Birbaşa daşımalar vahid daşıma şərtləri əsasında həyata keçirilir. Həmin şərtlər isə sazişlərdə müəyyən edilir.
Dostları ilə paylaş: |