Sərhəd dəmir yolu stansiyasında yükün verilmə qaydasından asılı olaraq, daşımanın iki növü fərqləndirilir: yükləməklə daşıma, yükvurmasız daşıma.
Yükləməklə daşıma zamanı yük sərhəd dəmir yolu stansiyasında boşaldılır və yenidən yüklənir. Belə hal onunla izah edilir ki, həmsərhəd olan dövlətlərin dəmir yollarının eni müxtəlif olub, bir-birindən fərqlənir və üst-üstə düşmür. Belə ki, onlardan birinin dəmir yolu digərinin dəmir yoluna nisbətən daha enlidir və ya ensizdir. Buna görə də yük sərhəd stansiyasında daşıma vasitəsindən boşaldılır və həmsərhəd olan xarici dövlətin daşıma vasitəsinə yüklənir.
Daşımanın bu növünün həyata keçirilməsi zamanı yükün verilmə qaydasına, onun təyinat yerinə çatdırılma müddətinə, yükün salamat qalmamasına görə daşıyıcının məsuliyyətinə və digər hallara aid spesifik xarakterli hüquqi məsələlər yaranır. Bu məsələlər daxili (milli) hüquq normaları ilə tənzimlənir.
Dostları ilə paylaş: |