Dünya nəqliyyat sisteminin mahiyyəti – Dünya nəqliyyat sistemi mürəkkəb quruluşa və çoxlu sayda elementlərə malikdir. Bunlara ilk növbədə yüksək standartlara cavab verən nəqliyyat kommunikasiyaları, nizamlayıcı nəqliyyat heyyətləri və nəqliyyat vasitələri, yükləmə-boşaltma mərkəzləri, logistika anbarları, müştərilərə xidmət vasitələri, yük daşıma proseslərinin idarə edilməsi qurğuları və strukturları, nəqliyyat vasitələrinin dünyanın istənilən yerində təhlükəsiz və maneəsiz hərəkətini təmin edə biləcək beynəlxalq qaydalar, rejimlər, etibarlı beynəlxalq hüquq bazası, konvensiyalar, sazişlər və s. daxildir. Beynəlxalq nəqliyyat sistemi müxtəlif nəqliyyat növləri əsasında formalaşır. Bunlara dəniz, avtomobil, hava, dəmir yolu və boru kəmər nəqliyyatları aiddir. Beynəlxalq yük daşımalarında üstünlük ilk növbədə malların birbaşa təyinat ünvanına çatdırılmasını təmin edən nəqliyyat növlərinə önəm verilir. Daşıma xərclərinin səmərəliliyinə uyöun nəqliyyat vasitələrinin seçilməsi də dünya praktikasında geniş yayılmışdır.
Dünya nəqliyyat sisteminin təsnifatını aşağıdakı kimi baxmaq olar:
Yerdə hərəkət edən nəqliyyat vasitələri (avtomobil və dəmir yolu)