Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti



Yüklə 112,79 Kb.
səhifə35/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

BEYNƏLXALQ DAŞIMA MÜQAVİLƏSİ


Beynəlxalq daşıma müqaviləsi anlayışı və onun hüquqi xüsusiyyətləri

Beynəlxalq daşıma müxtəlif növ nəqliyyat vasitələrilə həyata keçirilir. Belə daşımalar beynəlxalq sazişlər və nəqliyyat konvensiyaları ilə müəyyən edilmiş şərtlər əsasında yerinə yetirilir. Ona görə də daşımaların əsas şərtlərinin beynəlxalq müqavilələrlə müəyyən edilməsi bu sahədə hüquqi tənzimetmənin fərqləndirici xüsusiyyətlərindən biridir.

Beynəlxalq daşıma müqaviləsinin digər xüsusiyyəti ondan ibarətdir ki, onun icrası zamanı müvafiq maddi-hüquq normaları müxtəlif kollizion prinsiplər əsasında tətbiq edilir. Məsələn, yükgöndərən ölkənin qanunu, təyinat ölkəsinin qanunu, daşıyıcının qanunu, məhkəmə ölkəsinin qanunu və s.

Beynəlxalq nəqliyyat müqavilələri hüquqi tənzimetmə obyektinə görə aşağıdakı kimi fərqləndirilir: beynəlxalq daşımaların təşkilinin ümumi prinsipləri haqqında, daşıma şərtləri haqqında, beynəlxalq daşımaların tarifləri haqqında, dövlətlər arasında nəqliyyat əlaqələrinin asanlaşdırılmasına yönəlmiş müqavilələr, müxtəlif nəqliyyat növlərinin fəaliyyətinin spesifik tərəflərini tənzimləyən müqavilələr, beynəlxalq daşımalar sahəsində maddi marağın müdafiəsini nəzərdə tutan müqavilələr.

Nəqliyyat konvensiyalarının layihələri BMT çərçivəsində YUNKTAD, YUNSİTRAL, AİK, UNİDRUA və digər beynəlxalq təşkilatlar tərəfindən işlənib hazırlanır.

Beynəlxalq daşıma müqaviləsində, adətən, iki tərəf iştirak edir: nəqliyyat təşkilatı (daşıyıcı) və müştəri (yükgöndərən, sərnişin və s.). Müqavilə tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması beynəlxalq daşıma müqaviləsinə xas olan əsas əlamətlərdən biridir.

Beynəlxalq daşıma müqaviləsi ilə daxili daşıma müqaviləsi ona görə eyni tipli müqavilələrdir ki, onlar «daşıma müqaviləsi» adlı eyni bir müqavilənin ayrı-ayrı növləridir. Məlum olduğu kimi, daşımalar «xarici element» kimi meyara (əlamətə) görə iki növə ayrılır: beynəlxalq daşımalar və daxili daşımalar.

Beynəlxalq daşımalar xarici elementə malik olması ilə daxili daşımalardan fərqlənir. Daxili daşımalar xarici elementdən məhrumdur. Xarici element yükün xaricə daşınmasında, daşımanın xaricdə yerinə yetirilməsində ifadə olunur.

Deməli, beynəlxalq daşıma müqaviləsinə də daxili daşıma müqaviləsinə verilən analoji tərif verilməlidir. Lakin bu tərifdə beynəlxalq daşımanın əsas xüsusiyyəti olan xarici element mütləq qeyd olunmalıdır.

Nəqliyyat əməliyyatlarının predmetinə və ya daşımanın obyektinə görə beynəlxalq nəqliyyat daşımaları üç növə bölündüyü kimi, beynəlxalq daşıma müqavilələri də üç yerə ayrılır:

-beynəlxalq yük daşınması müqaviləsi;

-beynəlxalq sərnişin daşınması müqaviləsi;

-beynəlxalq baqaj daşınması müqaviləsi.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin