Beynəlxalq nəqliyyat sisteminin formalaşması dünyanın nəqliyyat yolları və nəqliyyat vasitələri dünya nəqliyyat sistemini təşkil edir. O, əsasən XX əsrdə yaranmışdır. Bu sistemdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin və həmçinin regionların nəqliyyat sistemini xüsusilə qeyd etmək lazımdır.
Şimali Amerikanın regional nəqliyyat sistemi daha yüksək səviyyədəinkişaf etmişdir. Şimali Amerika bütün növ nəqliyyat yük daşımalarında birinci yerdədir. Avropa Şimali Amerikadan yüklərin daşınması məsafəsinə görə geri qalır., ancaq onu yoların sıxlığına görə qabaqlayır.
Dünya nəqliyyat xəttlərinin 10 %-i MDB ölkələrinin payına düşür. Ancaq MDB yük daşınmalarının həcminə görə dünyada birinci yeri tutur. Son dövrlərdə dünyanın nəqliyyat sistemində güclü keyfiyyət dəyişikliyi baş verir. Belə ki, elektrikləşmiş dəmir yolları çoxalmışdır. Bərk asvalt örtükləri avtomobil yolları artır. Boru kəmərlərinin diametri artmışdır.
Yük və sərnişin daşınmanın quruluşu müxtəlif nəqliyyat növləri üzrə dəyişir. Dünya yük dövriyyəsində dəniz nəqliyyatı liderlik edir, dəmiryolu nəqliyyatının xüsusi çəkisi getdikcə azalır və boru kəməri nəqliyyatının payı isə getdikcə yüksəlir. Dəniz nəqliyyatının əsas yükləri əsasən maye və torpaq halında olan yüklərdir.
Dünya yük daşımalarının əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, son dövrlər yüklərin daşınmasında konteynerlərdən geniş istifadə edilir. Dünyada daşınan yüklərin 40 %-ə qədəri bu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Dəniz nəqliyyatı ilə dəmir yolu nəqliyyatı arasında konteyner daşıyan yük avtomobillləri arasında sıx əlaqəli yük daşınmaları həyata keçirilir. Sərnişin daşımalarında minik avtomobilləri liderlik edirlər. Onun sərnişin daşınmasında xüsusi çəkisi hazırda 60 %-dən yuxarıdır. Hava nəqliyyatı ilə sərnişin daşınmaları dəmiryolu daşınmalarına sürətlə yaxınlaşır və onu yaxın perspektivdə olmalıdır.
Dostları ilə paylaş: |