Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Qarşılıqlı hesablaşma barədə sazişlər



Yüklə 112,79 Kb.
səhifə51/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   66
Qarşılıqlı hesablaşma barədə sazişlər, əsasən və başlıca olaraq, hesablaşma əməliyyatlarının aparılma qaydasını və texnikasını müəyyən edir. Onlar hesablaşma-nın əsasları, ödənişin həcmi (tarifi), habelə hesablaşma vahidi (tarif valyutası) kimi məsələləri tənzimləmir. Ona görə ki, həmin məsələlər yük və sərnişin daşımaları, sərhəd daşımaları və tariflər barədə sazişlərlə nizamlanır.

Qarşılıqlı hesablaşma barədə sazişlərdə aşağıdakılar müəyyən edilir:

-hesablaşma aparan təşkilatların dairəsi;

-hesabların tərtib olunması və aksepti qaydası;

-tətbiq edilməli olan hesablaşmanın forması;

-ödənişin saldosunun müəyyən edilməsi, yəni ödənişin qalığının çıxardılması.

Göründüyü kimi, qarşılıqlı hesablaşma barədə sazişlər daşımanın yerinə yetirilməsinə, xidmət göstərilməsinə görə dəmir yolları arasında hesablaşmanın qaydalarını müəyyən edir.

Göstərdiyimiz dörd qrup sazişi birləşdirən, onlar üçün ümumi olan cəhət vardır. Bu cəhət ondan ibarətdir ki, həmin sazişlərin hamısı beynəlxalq dəmiryolu daşımalarının təşkilinə yönəlir və dəmir yolları arasında yaranan münasibətləri tənzimləmək məqsədi güdür. Buna görə də onlar təşkilati sazişlər adlanır. Məhz bu səbəbdən beynəlxalq dəmir yolu daşımalarının təşkilinə yönələn sazişlər müştərilər, yəni yük sahibləri və sərnişinlər üçün hüquq və vəzifələr əmələ gətirmir.

Əvvəllər SSRİ tərkibinə daxil olan respublikalar arasında dəmir yolu nəqliyyatına aid bir sıra sazişlər bağlanılmışdı. Belə sazişlərə aşağıdakıları misal çəkmək olar:

-Yük vaqonlarının inventar parklarının və konteynerlərin bölgüsü barədə Saziş (1993-cü il);

-Yük vaqonlarından və konteynerlərdən birgə istifadə barədə Saziş (1993-cü il);

-Dəmir yolu nəqliyyatı vasitələrinin təzələnməsi və texniki cəhətdən yenidən təchiz edilməsi sahəsində əməkdaşlıq barədə Saziş (1994-cü il) və s.

Beynəlxalq dəmir yolu daşımalarının hüquqi tənzimlənməsi ikitərəfli əsasda da həyata keçirilə bilər. Söhbət dəmir yolu daşımalarına aid iki dövlət arasında bağlanan ikitərəfli sazişlərdən gedir. Azərbaycan Respublikası Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Gürcüstan, Türkmənistan, Türkiyə, Tacikistan, Litva və digər xarici ölkələrlə dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında müvafiq sazişlər bağlamışdır.


Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin