Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Sazişdə iştirak edən hər bir milli dəmir yolu xüsusi yüklərdən başqa, bütün yükləri daşımalıdır



Yüklə 112,79 Kb.
səhifə54/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   66
Sazişdə iştirak edən hər bir milli dəmir yolu xüsusi yüklərdən başqa, bütün yükləri daşımalıdır:

  1. əgər daşıma yolasalma (göndərilmə) yerinin dəmir yolunun daşıma planında nəzərdə tutulmuşsa;

  2. əgər yük dəmir yolunun malik olduğu nəqliyyat vasitəsilə daşınarsa;

  3. əgər yükgöndərən Sazişin şərtlərini yerinə yetirərsə (Sazişin 3-cü maddəsi).

Saziş özündə daşımanın müəyyən növləri üçün bir sıra xüsusi qaydaları birləşdirir. Həmin qaydalara aşağıdakılar aiddir:

  • təhlükəli yüklərin daşınma qaydaları;

  • yüklərin yükgöndərənin və ya yükalanın bələdçilərinin müşayiəti ilə daşınması qaydaları;

  • tez xarab olan yüklərin daşınma qaydaları;

  • konteynerlərin daşıma qaydaları;

  • yüklərin altlıqlarda daşınma qaydaları;

  • dəmir yoluna aid (məxsus) olmayan vaqonların daşıma qaydaları;

  • nəqliyyat paketlərində yüklərin daşınma qaydaları.

Bunlardan başqa, Saziş ayrı-ayrı Tarif Rəhbərliyi şəklində əlavələrə malikdir ki, onlardan iştirakçı – dövlətlər arasında həyata keçirilən daşımalar zamanı istifadə olunur.

Saziş yüklərin dəmir yolu ilə tranzit daşımalarına tətbiq edilmir. Bu növ daşımalar tranzit tariflərində nəzərdə tutulan şərtlərlə həyata keçirilir.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin