Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Beynəlxalq nəqliyyat daşımalarının növləri



Yüklə 112,79 Kb.
səhifə6/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   66
Beynəlxalq nəqliyyat daşımalarının növləri

Beynəlxalq nəqliyyat hüququnda, beynəlxalq - xüsusi hüquq elmində və beynəlxalq nəqliyyat konvensiyalarında beynəlxalq daşımanın hüquqi təsnifi verilir və onların müxtəlif növləri göstərilir. Bu növlər mühüm cəhətləri ilə bir-birindən fərqlənir.

Beynəlxalq daşımaların təsnifi nəqliyyatın növünə görə, əsasən, aşağıdakı kimi verilir: beynəlxalq dəmir yolu daşımaları, beynəlxalq avtomobil daşımaları, beynəlxalq dəniz daşımaları, beynəlxalq hava daşımaları, beynəlxalq su (çay) daşımaları.

Bu sıraya, zənnimizcə, neft və qazın beynəlxalq boru kəməri vasitəsilə nəql olunmasını da aid etmək olar. Belə ki, «magistral boru kəməri» anlayışı «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Həmin qanunun 2-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, magistral

boru kəməri sahəsində yaranan münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunverici-liyi ilə tənzimlənir. Beynəlxalq boru kəməri nəqliyyatının hüquqi tənzimlənməsi məsələləri barədə sonrakı fəsillərin birində söhbət açılacaqdır.

Beynəlxalq dəniz daşımaları ilə beynəlxalq su (çay) daşımalarına birlikdə su yolu ilə beynəlxalq daşımalar, beynəlxalq avtomobil daşımaları ilə beynəlxalq dəmir yolu daşımalarına quru yol ilə beynəlxalq daşımalar, beynəlxalq hava daşımalarına isə beynəlxalq aviasiya daşımaları da deyilir.

Daşıma (nəqliyyat) prosesində iştirak edən nəqliyyat vasitələrinə görə beynəlxalq daşımaların iki növü fərqləndirilir: beynəlxalq sadə daşımalar, beynəlxalq mürəkkəb daşımalar.


Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin