Dəniz nəqliyyatı ilə beynəlxalq müntəzəm daşıma xətt daşıması adlanır. Bu növ daşımanı xətt gəmiçiliyi (ingiliscə «line shipping») həyata keçirir. Xətt gəmiçiliyi ümumi istifadədə olan nəqliyyata aiddir.
Beynəlxalq qeyri-müntəzəm daşımalar əvvəlcədən təyin edilmiş marşrut və razılaşdırılmış hərəkət cədvəli olmadan həyata keçirilən daşımalara deyilir. Belə növ daşımalar üçün təyin edilmiş hərəkət istiqaməti xarakterik deyildir.
Dəniz nəqliyyatı ilə beynəlxalq qeyri-müntəzəm daşıma tramp daşıması adlanır. Bu növ daşıma tramp gəmiçiliyi (ingiliscə «tramp shipping») tərəfindən həyata keçirilir. Tramp gəmiçiliyi fərdi istifadədə olan nəqliyyatdır.
Daşıma (nəqliyyat) sənədinin formasına görə beynəlxalq daşımaların üç növü fərqləndirilir:
-qaimə ilə rəsmiləşdirilən beynəlxalq daşıma;
-konosamentlə rəsmiləşdirilən beynəlxalq daşıma;
-çarterlə rəsmiləşdirilən beynəlxalq daşıma.
Dostları ilə paylaş: |