Qaimə ilə rəsmiləşdirilən beynəlxalq daşıma dəmir yolu, avtomobil və hava nəqliyyatında həyata keçirilir. Qaimə həmin nəqliyyat növləri üzrə bağlanan yük daşınması müqaviləsinin sadə yazılı formasını ifadə edir.
Konosamentlə rəsmiləşdirilən beynəlxalq daşıma dəniz nəqliyyatında həyata keçirilən daşımaya deyilir. Konosament dəniz nəqliyyatı ilə daşımanı rəsmiləşdirən müqavilə sənədidir.
Çarterlə rəsmiləşdirilən beynəlxalq daşıma hava və dəniz nəqliyyatında həyata keçirilir. Çarter daşımanı rəsmiləşdirən müqavilə sənədidir.
Qonşu dövlətin ərazisində başa çatmasına görə beynəlxalq daşımalar üç növə ayrılır:
-beynəlxalq qonşulararası daşıma;
-beynəlxalq tranzit daşıma;
-beynəlxalq dairəvi daşıma.
Dostları ilə paylaş: |