Birbaşa beynəlxalq daşıma bir neçə daşıyıcı tərəfindən eyni daşıma müqaviləsi əsasında həyata keçirilir və eyni bir daşıma sənədi ilə rəsmiləşdirilir. O, nisbətən geniş yayılmış daşıma növü hesab edilir.
Birbaşa olmayan beynəlxalq daşıma dedikdə, elə daşıma başa düşülür ki, o, ardıcıl olaraq, iki və daha artıq müqavilə əsasında rəsmiləşdirilir və həyata keçirilir. Bu növ daşımanı rəsmiləşdirən müqavilələr milli (daxili) hüquq normalarına uyğun surətdə bağlanılır. O, keçmiş SSRİ-nin bağladığı bəzi sazişlərdə «lomannoe soobhenie» də adlanırdı ki, bu, azərbaycan dilində «qırıq daşıma» mənasını ifadə edir.