Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Yenidən göndərməklə beynəlxalq daşıma



Yüklə 112,79 Kb.
səhifə17/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
Yenidən göndərməklə beynəlxalq daşıma odur ki, bu daşımaya görə yükün birinci beynəlxalq daşıma müqaviləsi üzrə təyinat (son) məntəqəsində yenidən göndərmə qaydasında yeni daşıma müqaviləsi bağlanılır. Yük birinci müqavilə üzrə təyinat məntəqəsindən həm yük sahibinin özü, həm ekspeditor (yük sahibinin tapşırığı ilə), həm də daşıyıcı tərəfindən göndərilə bilər. Beynəlxalq daşımanın bu növü, əsasən, dəmir yolu nəqliyyatında tətbiq edilir.

Yenidən göndərmə qaydasında beynəlxalq daşımanın hüquq ədəbiyyatı səhifələrində üstünlüyə malik olması göstərilir. Belə ki, yenidən göndərmə yük sahibinin iştirakı olmadan, ekspeditor cəlb edilmədən nəqliyyat təşkilatı (daşıyıcı) tərəfindən həyata keçirilə bilər.

Daşınan yüklər (xarici ticarət yükləri) bir-birlərindən malın nəqliyyat xarakteristikasına görə fərqlənir. Bundan asılı olaraq, beynəlxalq daşımalar bir neçə növə bölünür:

-dənəvari (tökülən, səpələnən) yüklərin (taxıl, sement, fosfat və s.) beynəlxalq daşınması;

-maye yüklərin (neft və neft emalı məhsulları, kimyəvi mayelər, şərab, bitki yağı və s.) beynəlxalq daşınması;

-qabsız (kisəsiz) yüklərin (kömür, filiz və s.) beynəlxalq daşınması;

-əsas yüklərin, yəni yer saylarını hesablamaqla daşınan yüklərin (dəzgahlar, avtomobillər, xalq istehlakı malları və s.) beynəlxalq daşınması.

Qabsız (kisəsiz) yüklər, dənəvari (səpələnən) yüklər və əsas yüklər quru yüklərə aid edilir. Yüklərin digər növünü isə maye yüklər təşkil edir.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin