Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Beynəlxalq baqaj daşınması müqaviləsi



Yüklə 112,79 Kb.
səhifə36/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   66
Beynəlxalq baqaj daşınması müqaviləsi

Beynəlxalq sərnişin daşımaları zamanı sərnişin daşıyıcıya baqaj təhvil verə bilər. Daşıyıcıya baqaj təhvil vermək sərnişinin malik olduğu əsas hüquqlardan biridir. Bu hüquq həyata keçirilərkən sərnişin daşıyıcı ilə iki müqavilə bağlayır. Bu müqavilələrdən biri beynəlxalq sərnişin daşınması müqaviləsi adlanır. Digər müqaviləyə isə beynəlxalq baqaj daşınması müqaviləsi deyilir.

Beynəlxalq baqaj daşınması müqaviləsi sərnişin daşınması müqaviləsinə görə və ona münasibətdə əlavə (aksessor), habelə asılı və törəmə müqavilə hesab edilir.

Beynəlxalq baqaj daşınması müqaviləsi sərnişin daşınması müqaviləsinə, necə deyərlər, «yol yoldaşı olan» və onu müşayiət edən müqavilədir. Bu müqavilə sərnişin daşınması müqaviləsindən ayrılmazdır. Onlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Lakin baqaj daşınması müqaviləsi sərnişin daşınması müqaviləsindən ayrı olaraq bağlanan müqavilədir. Bir sıra alimlər baqaj daşınması müqaviləsini öz mülki-hüquqi statusuna görə məhz bu cür tanıyırlar.

Bununla belə, bir sıra müəlliflər baqaj daşınması müqaviləsinin daşımanın obyekti kimi meyara görə daşıma müqaviləsinin ayrıca, müstəqil növü olması fikrini inkar edirlər. Həmin müəlliflərin fikrincə, daşıyıcının ona verilmiş baqajı təyinat yerinə çatdırmaq vəzifəsi sərnişin daşınması müqaviləsinin predmetindən kənara çıxmır və bu zaman sərnişin daşınması müqaviləsindən ayrıca olaraq baqaj daşınması müqaviləsi bağlanmır. Hesab edirik ki, məsələyə bu cür yanaşmağa elə bir hüquqi zəmin yoxdur.

Beynəlxalq baqaj daşınması müqaviləsinə görə, daşıyıcı sərnişinin ona verdiyi baqajı təyinat yerinə çatdırmağı və baqajı almağa səlahiyyəti olan şəxsə verməyi, sərnişin isə baqajın daşınma haqqını ödəməyi öhdəsinə götürür.

Beynəlxalq baqaj daşınması müqaviləsi öz hüquqi təbiətinə görə real, əvəzli və ikitərəfli müqavilədir.

Beynəlxalq baqaj daşınması müqaviləsi baqaj qəbzi ilə rəsmiləşdirilir. Baqaj qəbzi elə bir nəqliyyat sənədidir ki, o, beynəlxalq baqaj daşınması müqaviləsinin sadə yazılı formasını ifadə edir. Bundan əlavə, baqaj qəbzi sübutedici funksiyanı da yerinə yetirir. Onun əsas funksiyası beynəlxalq baqaj daşınması müqaviləsinin mövcudluğunu və bağlanma faktını təsdiqləməkdən (sübut etməkdən) ibarətdir.


Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin