Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Beynəlxalq yük daşınması müqaviləsinin predmetinə



Yüklə 112,79 Kb.
səhifə39/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   66
Beynəlxalq yük daşınması müqaviləsinin predmetinə gəldikdə isə qeyd etmək lazımdır ki, onun predmeti daxili yük daşınması müqaviləsinin predmeti ilə eynidir. Bu, onunla izah edilir ki, beynəlxalq yük daşınması müqaviləsi daxili yük daşınması müqaviləsi ilə eynitiplidir. Buna görə də onun predmetini daşıyıcının fəaliyyəti (xidməti) təşkil edir. Bu fəaliyyət (xidmət) yükün təyinat yerinə çatdırılmasına yönəlir.

Beynəlxalq yük daşınması müqaviləsinin forması barədə onu deyə bilərik ki, daxili yük daşınması müqaviləsi kimi beynəlxalq yük daşınması müqaviləsi də daşıma (nəqliyyat) sənədi ilə rəsmiləşdirilir. Belə ki, beynəlxalq daşımanı həyata keçirmək üçün daşıma (nəqliyyat) sənədinin tərtib olunması tələb edilir. Daşıma (nəqliyyat) sənədinin tərtib olunması onu ifadə edir ki, tərəflər arasında daşıma müqaviləsi bağlanmışdır.

Nəqliyyat (daşıma) sənədi beynəlxalq daşıma üzrə müqavilə münasibətlərini rəsmiləşdirir. Burada beynəlxalq yük daşınması müqaviləsinin bütün əsas şərtləri (müqavilənin qiyməti, yəni daşıma haqqı, göndərilmə tarixi, tərəflər və s.) barədə rekvizitlər (məlumatlar) göstərilir. Nəqliyyat (daşıma) sənədinin mövcudolma faktı həmin sənəddə nəzərdə tutulan şərtlər daxilində sadə yazılı formada yük daşınması müqaviləsinin bağlanmasını ifadə edir. Beynəlxalq yük daşınması müqaviləsinin sadə yazılı forması məhz nəqliyyat (daşıma) sənədi hesab olunur. Deməli, nəqliyyat (daşıma) sənədi müqavilə sənədidir, həm də ona görə ki, daşıyıcı ilə yükgöndərən arasında öhdəlik hüquq münasibəti (öhdəlik), yəni yükdaşıma öhdəliyi bu sənəd əsasında əmələ gəlir. Bu sənəd, hər şeydən əvvəl, nəqliyyat təşkilatının (daşıyıcının) üzərinə daşımanı həyata keçirmək vəzifəsi qoyur.



Nəqliyyat (daşıma) sənədi aşağıda göstərilən üç əsas funksiyanı yerinə yetirir:

1) daşıma (nəqliyyat) sənədi yük daşınması müqaviləsinin mövcudolma, bağlanma faktını və onun şərtlərini təsdiq edərək sübuta yetirir;

2) nəqliyyat (daşıma) sənədi daşıyıcı tərəfindən yükün qəbul edilməsini təsdiqləyən qəbz rolunu oynayır (yükün daşınmaq üçün qəbul edildiyini təsdiqləyir);

3) nəqliyyat (daşıma) sənədi bu sənədin sahibinə mala sərəncam vermək hüququnu həvalə edir. Söhbət yükə (mala) olan mülkiyyət hüququnun başqa şəxsə verilməsi imkanından gedir.

Göstərilən funksiyalardan əlavə, nəqliyyat (daşıma) sənədi yükə dair sərəncam vermək funksiyasını da yerinə yetirir. Bu funksiyaya görə nəqliyyat (daşıma) sənədinin sahibi yükə dair sərncam vermək hüququna malikdir. Belə sərəncam daşınmaya verilmiş yükü geri almaq, onu başqa — yeni yükalanın ünvanına göndərmək və təyinat yerində yükü almaq səlahiyyətlərini ifadə edir. Göründüyü kimi, yükə dair sərəncam vermək hüququ yükə (mala) olan mülkiyyət hüququnun başqa şəxsə verilməsini ifadə etmir.


Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin