Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


Beynəlxalq sərnişin daşınması müqaviləsi



Yüklə 112,79 Kb.
səhifə43/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   66
Beynəlxalq sərnişin daşınması müqaviləsi

Beynəlxalq sərnişin daşınması müqaviləsi anlayışı və onun elementləri




Beynəlxalq daşıma müqaviləsinin növlərindən biri də beynəlxalq sərnişin daşınması müqaviləsidir. Bu müqavilə novü nəqliyyat vasitələri ilə beynəlxalq sərnişin daşımaları həyata keçirilən zaman tətbiq edilir.

Beynəlxalq sərnişin daşınması müqaviləsi tərəflərindən biri xarici şəxs olan və dövlətlər arasında həyata keçirilən sərnişin daşınmasını rəsmiləşdirən elə bir müqavilədir ki, bu müqaviləyə görə, daşıyıcı sərnişini təyinat yerinə çatdırmağı, sərnişin isə müəyyən olunmuş minik haqqını ödəməyi öhdəsinə götürür.

Beynəlxalq sərnişin daşınması müqaviləsi öz hüquqi təbiətinə görə daxili sərnişin daşınması müqaviləsi kimi konsensual, əvəzli və ikitərəfli müqavilədir.

Beynəlxalq sərnişin daşınması müqaviləsi daxili sərnişin daşınması müqaviləsi ilə eyni tipli müqavilə olduğuna görə onların predmeti də eynidir. Belə ki, daşıyıcının fəaliyyəti (xidməti) hər iki növ müqavilənin predmetini təşkil edir. Bu fəaliyyət (xidmət) sərnişinin xarici dövlət ərazisində olan təyinat yerinə (mənzil başına) çatdırılmasına yönəlir.

Beynəlxalq sərnişin daşınması müqaviləsinin bağlanma qaydasına və formasına gəldikdə isə, qeyd etmək lazımdır ki, sərnişin daşınması zamanı daşıyıcı sərnişinə minik (gediş) bileti verir. Bu bilet beynəlxalq sərnişin daşınması müqaviləsinin sadə yazılı formasını ifadə edir. Həmin biletin olması onu ifadə edir ki, daşıyıcı ilə sərnişin arasında sərnişin daşınması müqaviləsi bağlanmışdır. Bilet beynəlxalq sərnişin daşımalarını rəsmiləşdirən nəqliyyat sənədidir. Hüquq ədəbiyyatında ona çox vaxt sərnişin bileti də deyilir.

Sərnişin bileti, adətən, fərdi qaydada verilir. Bununla belə, sərnişinlərə kollektiv bilet də verilə bilər. Kollektiv sərnişin biletlərindən, bir qayda olaraq, turist daşımaları zamanı istifadə olunur.

Bəzi beynəlxalq nəqliyyat konvensiyaları kollektiv sərnişin biletlərinin verilməsi barədə qayda nəzərdə tutur. Sərnişin biletləri iki növdə ola bilər:

-adlı sərnişin biletləri;

-adsız sərnişin biletləri.




Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin