Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti



Yüklə 112,79 Kb.
səhifə44/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   66
Adlı sərnişin bileti odur ki, bu biletdə sərnişinin adı göstərilir. Bu növ sərnişin biletlərini başqa şəxsə vermək olmaz. Beynəlxalq nəqliyyatın hava nəqliyyatı kimi növündə, bir qayda olaraq, adlı sərnişin biletindən istifadə olunur. Bu barədə Çikaqo Konvensiyasında (1944-cü il) dolayı göstəriş vardır.

Adsız sərnişin bileti odur ki, bu biletdə sərnişinin adı göstərilmir. Kim bileti daşıyıcıya təqdim etsə, o da nəqliyyat (daşıma) vasitəsində yerlə təmin olunacaqdır. Bu növ sərnişin bileti adlı sərnişin biletindən fərqli olaraq, başqa şəxsə verilə bilər. Həm də dərhal qeyd edirik ki, bu, yalnız sərnişin daşıma əməliyyatı və prosesi başlayana kimi mümkün ola bilər.

Adsız sərnişin biletlərindən beynəlxalq avtomobil daşımalarında və beynəlxalq nəqliyyatın digər növlərində istifadə oluna bilər.

Həm adlı, həm də adsız sərnişin bileti müqavilə sənədidir. Elə bir sənəd ki, beynəlxalq sərnişin daşınması bu sənədlə rəsmiləşdirilir.

Sərnişin bileti həm də sübutedici (təsdiqləyici) əhəmiyyətə malik olan sənəddir. O, sübutedici (təsdiqləyici) funksiyanı yerinə yetirir. Sərnişin biletinin sübutedici funksiyası onda ifadə olunur ki, o, beynəlxalq sərnişin daşınması müqaviləsinin bağlanma (mövcud olma) faktını və onun şərtlərini təsdiq edir. Sərnişində sərnişin biletinin olması faktı onu ifadə edir ki, o, həmin biletdə göstərilən şərtlər əsasında beynəlxalq sərnişin daşınması müqaviləsi bağlamışdır. Məhz sərnişin bileti alındığı andan müqavilə bağlanmış sayılır. Sərnişin biletinin sübutedici funksiyası həm də onunla ifadə olunur ki, bilet sərnişinin minik haqqını ödəməsini ifadə edir. Sübutedici (təsdiqləyici) funksiya beynəlxalq sərnişin biletinin əsas funksiyası hesab edilir.

Sərnişin bileti itə bilər. Belə halda məsələ necə həll olunur, yəni itmiş biletin əvəzinə yeni bilet verilə bilərmi?

Göstərilən məsələ beynəlxalq hava nəqliyyatında müsbət həll olunur. Belə ki, beynəlxalq hava daşıma qaydalarına görə, əgər kifayət qədər sübutlar təqdim edilsə, sərnişinin xahişi əsasında daşıyıcı itmiş biletin əvəzinə yeni bilet verə bilər və bu zaman o, yeni biletin verilməsi ilə daşıyıcıya vurula bilən mümkün zərərin əvəzini ödəmək barədə öz üzərinə yazılı öhdəlik götürür. Bu göstəriş aviaşirkətlərin daşıma qaydalarında da ifadə edilmişdir.

Beynəlxalq nəqliyyatın digər növlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, həmin növlərə aid nəqliyyat konvensiyalarında (sazişlərində) göstərilən məsələ öz hüquqi həllini tapmır. Lakin ayrıayrı dövlətlərin milli nəqliyyat hüququ, göstərilən məsələ barədə əsasən, belə bir qayda müəyyənləşdirir ki, itmiş bilet bərpa olunmur, yeni biletlə əvəz edilmir. Məsələn, Azərbaycan Respublikasının nəqliyyat qanunvericiliyində ifadə olunan imperativ göstərişə görə itirilmiş bilet bərpa olunmur, onun əsasında ödənilmiş gediş (minik) haqqı geri qaytarılmır, dublikatı da verilmir.








Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin