Beynəlxalq daşımalar” fənnindən mühazirələr. Beynəlxalq daşımaların mahiyyəti


İkinci, göstərilən müqavilələr bir-birindən hüquqi tənzimetmə mənbəyinə



Yüklə 112,79 Kb.
səhifə47/66
tarix02.02.2022
ölçüsü112,79 Kb.
#114067
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   66
İkinci, göstərilən müqavilələr bir-birindən hüquqi tənzimetmə mənbəyinə görə fərqlənir. Daxili sərnişin daşınması müqaviləsi ayrı-ayrı dövlətlərin milli (daxili) hüququ ilə tənzimlənir. Beynəlxalq sərnişin daşınması müqaviləsinə gəldikdə isə, qeyd edə bilərik ki, bu müqavilə növü, ilk növbədə, beynəlxalq nəqliyyat konvensiyaları (sazişləri) ilə tənzimlənir. Afina Konvensiyasının,Varşava Konvensiyasının, Sərnişinlərin və baqajın beynəlxalq avtomobil daşınması müqaviləsi haqqında Konvensiyanın, vahid BSK qaydalarının (A əlavəsinin) və digər beynəlxalq hüquqi sənədlərin beynəlxalq sərnişin daşımalarının nizamlanmasında əhəmiyyəti böyükdür. MDB məkanında avtomobillə beynəlxalq sərnişin daşınması müqaviləsi Bişkek Konvensiyası ilə tənzimlənir.

Beynəlxalq sərnişin daşımaları ikitərəfli dövlətlərarası nəqliyyat sazişləri ilə də tənzimlənə bilər. Azərbaycan Respublikası bir çox dövlətlərlə (Türkiyə, Türkmənistan, Qazaxıstan, Rumıniya, Moldova, İran, Latviya, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya Haşimilər Krallığı, Niderland Krallığı və b.) beynəlxalq avtomobil daşımaları və əlaqəsi haqqında ikitərəfli saziş imzalamışdır. Bizim ölkə hava və dəmir yolu daşımaları sahəsində də bir sıra dövlətlərlə ikitərəfli sazişlər bağlamışdır. Bu sazişlər beynəlxalq sərnişin daşımalarının tənzimlənmə-sində mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq nəqliyyat konvensiyaları (sazişləri) sərnişin daşımalarının daha vacib şərtlərini (gediş bileti, daşıyıcının məsuliyyəti, daşıyıcıya tələb irəli sürülməsi qaydaları) müəyyən edir. Buna görə də onun digər şərtlərinin ayrı-ayrı dövlətlərin milli (daxili) hüququ ilə tənzimlənməsinə ehtiyac yaranır. Hal-hazırda beynəlxalq sərnişin daşınması müqaviləsinin tənzimlənməsində milli (daxili) hüquq və nəqliyyat təşkilatlarının tarifləri (daşıma qaydaları) əsas rol oynayır.


Yüklə 112,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin