Sazişdə iştirak edən hər bir milli dəmir yolu xüsusi yüklərdən başqa, bütün yükləri daşımalıdır: əgər daşıma yolasalma (göndərilmə) yerinin dəmir yolunun daşıma planında nəzərdə tutulmuşsa;
əgər yük dəmir yolunun malik olduğu nəqliyyat vasitəsilə daşınarsa;
əgər yükgöndərən Sazişin şərtlərini yerinə yetirərsə (Sazişin 3-cü maddəsi).
Saziş özündə daşımanın müəyyən növləri üçün bir sıra xüsusi qaydaları birləşdirir. Həmin qaydalara aşağıdakılar aiddir:
təhlükəli yüklərin daşınma qaydaları;
yüklərin yükgöndərənin və ya yükalanın bələdçilərinin müşayiəti ilə daşınması qaydaları;
tez xarab olan yüklərin daşınma qaydaları;
konteynerlərin daşıma qaydaları;
yüklərin altlıqlarda daşınma qaydaları;
dəmir yoluna aid (məxsus) olmayan vaqonların daşıma qaydaları;
nəqliyyat paketlərində yüklərin daşınma qaydaları.
Bunlardan başqa, Saziş ayrı-ayrı Tarif Rəhbərliyi şəklində əlavələrə malikdir ki, onlardan iştirakçı – dövlətlər arasında həyata keçirilən daşımalar zamanı istifadə olunur.
Saziş yüklərin dəmir yolu ilə tranzit daşımalarına tətbiq edilmir. Bu növ daşımalar tranzit tariflərində nəzərdə tutulan şərtlərlə həyata keçirilir.