Hakimlər oyuna müsbət təsir edəcəyini düşünsələr, meydanda yerlərini dəyişdirə bilərlər. Buna baxmayaq hakimlər aşağıdakıları nəzərə almalıdırlar:
Top oyunda olan zaman yerlərini dəyişməməlidirlər;
Prinsipcə, onlar yalnız hansısa komandanın rəsmi şəxslərinə və ya ehtiyat oyunçulara SV / QV texniki zonaya yaxın olan hakim tərəfindən göstərdikdə və ya komandanın bir və ya bir neçə üzvləri tərəfindən tənqidə və ya ayrı fikirlərə səbəb ola biləcək hər hansı digər vacib qərarı verdikdə tərəflərini dəyişdirməlidirlər.
SV / QV-ni göstərən hakim adətən özü tərəfləri dəyişdirmək və ya dəyişdirməmək barədə qərar qabul edir.
Yerlərini dəyişdirdikdən sonra texniki zona tərəfdə yerini tutan hakim başlanğıc zərbə üçün işarə verir.
Oyunun gedişı imkan verdikdə hakimlər "normal"da olan yerlərə qayıda bilərlər.