QAYDA 3 – Oyunçular Hakimlərin icazəsi ilə meydanı tərk etmiş və əvəz edilməmiş oyunçu hakimlərin və ya üçüncü hakimin icazəsi olmadan meydana daxil olarsa və üstəlik xəbərdarlıqla cəzalandırıla bilən başqa bir qayda pozuntusu edərsə, hakimlər ona iki dəfə xəbərdarlıq edərək onu meydandan qovur. Məsələn, hakimlərin və ya üçüncü hakimin icazəsi olmadan meydana daxil olan oyunçu rəqibə qarşı sürüşmə fəndini düşüncəsiz şəkildə edərsə, əgər qayda pozuntusu həddən artıq güc tətbiq etməklə edilərsə, oyunçu birbaşa qovulur.
Oyunçunun təsadüfən meydanı məhdudlaşdıran xətti keçməsi qayda pozuntusu hesab olunmur. Oyunçunun oyun fəndinin bir hissəsi kimi meydanı tərk etməsi qayda pozuntusu hesab olunmur.